Dubay və Milanda "Shopping festivallar" başladı

Milanda keçirilən festivalda “brend”lər 70 faiz endirimlə təqdim olunacaq.

400398
Dubay və Milanda "Shopping festivallar" başladı

Hər il yanvar-fevral aylarında dünyanın bir sıra şəhərinlərdə “Shopping Festival”lar başlayır. Müşahidələr göstərir ki, adətən azərbaycanlılar daha çox Dubay və Milandakı festivallara gedirlər. Bu il Dubaydakı alış-veriş festivalı yanvarın 2-dən fevralın 2-nə qədər davam edəcək.
Festival müddətində dünyanın ən böyük alış-veriş mərkəzləri olan “Dubai Mall”, “Mall Off Emirates”, “Wafi Mall”, “Marina Mall”, “Dubay Festival City Mall”dakı mağazalardan münasib qiymətə alış veriş etmək mümkündür. Bununla yanaşı “SOUK” adlanan kiçik bazarlardan da festival müddətində ucuz alış-veriş etmək olar. Festival müddətində mallara 70%-ə qədər endirim edilir. Dubaydan alına biləcək əsas məhsullar ətirlər, elektrik avadanlıqları, qızıl və s.dir. Milandakı “Shoping Festival” isə yanvarın 6-dan fevralın 16-dək davam edəcək. Milanın məşhur alış-veriş mərkəzləri “Serravalle Outlet”, “Foxtown Outlet”, “Vicolungo Outlet”, “Fidenza Village Outlet”, “Franciacorta Outlet”dir. Bu obyektlər şəhərin mərkızinə yerləşməsə də, onların yanına ictimai nəqliyyatla getmək mümkündür. Festival müddətində 50%-ə qədər endirimlərdən yararlanmaq olar. Milan festivalında alına biləcək məhsullar məşhur geyim və ayaqqabı brenləridir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr