"Rusiya sosial xərcləri artırmalıdır"

Beynəlxalq ekspertlər hesab edir ki, Rusiya hərbi xərcləri azaltmalıdır.

397976
"Rusiya sosial xərcləri artırmalıdır"

Beynəlxalq ekspertlər hesab edir ki, Rusiya hərbi xərcləri azaltmalıdır.
Beynəlxalq ekspertlər Rusiya hökümətinin büdcəsini kompensasiya etmək üçün sosial xərcləri azaldıb, hərbi xərcləri artırılmasının davamsız bir siyasət olduğunu bildirirlər.
Londonda yerləşən Çatham Hous-un Rusiya və Avrasiya proqramı araşdırmalar mərkəzinin işçisi Con Louq Rusiyanın hərbi xərclərini artırıb, tibb və təhsil büdcələrini azaltığını bildirib.
Louq bu siyasətin gec tez Rusiyada nümayişlərə səbəb olacağını, Rusiyanın “şok”lara sinə gərmək mövzusunda qeyri-kafiliyini ortaya qoyacağını deyib.
Türkiyəyə qarşı qoyulan sanksiyaların Rusiyadakı mənzərəni daha pisləşdirəcəyini deyən Louq, “Belə qərarlar rus vətəndaşlarının cibinə ziyandır” deyib.
“Krımdan başqa yeni Rusiya İmperatorluğu” kitabının müəllifi Aqnia Griqas da, aparılan siyasətdən ziyanın ən çox rusların çəkəcəyini vurğulayaraq, “rus xalqının yaşayış standartlarındakı azalma yaxud Rusiya iqtisadiyyatının düşdüyü vəziyyətə əhəmiyyət verilmir” deyə bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr