"Ən yaxşı banklar KOBİ-ləri maliyyəçilərlə görüşdürəndir"

G 20 Liderlər Zirvə Toplantısında liderlərin əsas ilcası “İnkişaf və Məşğulluq üçün Ətraflı Çərçivə" başlıqlı B 20 – L 20 ortaq yığıncağı olub.

417429
"Ən yaxşı banklar KOBİ-ləri maliyyəçilərlə görüşdürəndir"

  Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Kanada Baş naziri Castin (Justin) Trudeaunın iştirakıyla təşkil edilən tədbirdə İngiltərə Mərkəzi Bankının sədri Mark Karney çıxış edərək maliyyə sabitliyi və qaydalarının inkişafın əsas şərtləri olduğunu vurğulayıb və deyib:

  "Böhranın məcmu xərci GSYH-ə 4-də 1 nisbətində, yəni 60 trilyon dollardır. Eyni zamanda, itirilən məşğulluğu buna əlavə etsək, itirilən xərcin daha çox olduğunu görərik. Buna görə biz diqqətimizi bank sektoruna yönəltməliyik. Bankçılıq sektorunu qəti şəkildə tənzimləyən diqqətə layiq mühit təklifləri hər zaman qəbul ediləndir.

  Maddi varlıqların ticarət həcmi 3-də 1 nisbətində azalıb. Hərtərəfli iqtisadiyyatların çoxunda və inkişaf etməkdə olan ölkələrdə banklararası borc və ümumi borc nisbətləri artıb. Bütün bunlarla belə, ümumi bankçılıqda ehtiyac duyulan komponent və vasitələr yerli-yerindədir. Risk ağırlıqlarını təkrar hesaplayaraq hər şeyi yoluna qoya bilirik. Bu da KOBİ-lərə borc yaratmaq, yəni pul verə bilmək üçün çox əhəmiyyətlidir. Çünki artıq ən yaxşı bankların inkişaf etmiş sahələrindən biri KOBİ-ləri maliyyəçilərlə görüşdürə bilməkdir."


Etiketlәr:

Әlaqәli Xәbәrlәr