FED dekabr ayında faizləri qaldıra bilər

Amerika Mərkəzi Bankı FED-in dekabr ayında faizləri qaldıracağı istiqamətdəki ehtimallar artır.

365653
FED dekabr ayında faizləri qaldıra bilər

FED Sədri Janet Yellenin faiz artımına işarə etməsindən sonra bankın digər əməkdaşları da bu istiqamətdə açıqlamalar veriməyə başladılar.

New York FED Sədri William Dudley dekabrda faiz artımı ehtimalının göstəricilərdən asılı olduğunu, faiz artımı üçün lazımi şərtlərin qısa zamanda "qənaətbəxş" hala gələ biləcəyini dedi.

Digər FED rəsmilərindən də faiz artımı ehtimalını artıran açıqlamalar gəldi.

Güclənən faiz artımı ehtimalının investorların gözləntilərini yüksəltməsi ilə Amerika birjasında düşüş oldu.

Qızılın qiymətlərində də azalma qeyd edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr