Somada 100 tonluq qızıl mənbəyi aşkar edilib

Enerji və Təbii Qaynaqlar naziri Əli Rza Alaboyun Somada 100 ton qızıl ehtiyatı olduğunu açıqlayıb.

415463
Somada 100 tonluq qızıl mənbəyi aşkar edilib

  Olan qızıl Türkiyə iqtisadiyyatına 2,5 milyard dollarlıq qatqı təmin edəcək.

  Türkiyəni həyəcanlandıran bu xəbər Manisaya bağlı Somanın Kiraz kəndindən gəlib.

  Mədən Tədqiqat Axtarış qrupları 2013-cü ildən bu yana 22 min metrlik qazma işləri nəticəsində Somada qızıl və mis ehtiyatları olduğunu kəşf ediblər.

  Enerji naziri Alaboyun: "Mədən ocağında 100 tonluq qızıl ehtiyatı var" deyib.

  Türkiyənin mövcud qızıl ehtiyatı 700 ton civarındadır. Yeni kəşflə bərabər Türkiyənin qızıl ehtiyatı da 14 faiz artacaq.

  Enerji naziri Alaboyun 100 metr dərinlikdə qazma işlərinin davam etdiyini də söyləyib.

  Eyni vaxtda sevindirici digər xəbər Konyadan gəlib: Konyanın Karapınar qəsəbəsində də 2 milyard tonluq kömür mənbəyi müəyyən edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr