Londonda köhnə və xarici qəpiklərin dəyişdirilməsi üçün bankomat
London metrosunda xarici qəpikləri tanıyaraq onları funt-sterlinq, dollar və ya avro pul vahidlərinə dəyişən köşk quraşdırılacaq.
357824
İlk aparatın oktyabrın 26-da "King's Cross Tube” metro stansiyasında, daha beşinin isə ilin sonunadək digər stansiyalarda quraşdırılması planlaşdırılır.
Texnologiya saniyədə onadək müxtəlif qəpiyi tanıya bilir.
Bankomatların quraşdırılması ideyası "Virgin Media” şirkətinə məxsusdur. Şirkət nümayəndəsi Ceff Paterson bildirib ki, onun evində xarici səfərlərdən qalan bir qutu lazımsız qəpiklər toplanıb və daima onları hara sərf etmək barədə düşünüb.
Qurğu 150-dən çox ölkənin qəpik və banknotlarını, o cümlədən dövriyyədən çıxarılan pulları qəbul edir və onları əlverişli məzənnə ilə dəyişir.
Әlaqәli Xәbәrlәr
İstanbulu 2024-cü ilin ilk üç ayında üç milyondan çox turist ziyarət edib
İstanbula gələn əcnəbi turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,22 faiz artıb.