Asiya birjalarında vəziyyət

Honq Konq birjasından başqa bütün Asiya birjaları günə yüksəlişlə başladı.

388127
Asiya birjalarında vəziyyət

Dünya bazarlarında ABŞ-nın qeyri- kənd təsərrüfatı məşğulluq göstəricisindən sonra artan risk iştahı ilə yüksəliş davam etdiyi zaman Asiya birjalarında da yüksəliş müşahidə olunub.

Yaponiyada Nikkei 225 indeksi 0,1% artımla 18.186,10 bəndlə nəticələnib. Dollar/yen məzənnəsində valyuta əməliyyatları 0,20%-ə dəyər itkisi ilə 120,216 məzənnəsi ilə aparılır. Cənubi Koreyada Kospi indeksi 0,63% yüksəliş ilə 1.990,65 bənlə bağlanıb.

Hindistanda Sensex indeksi də bu dəqiqələrdə 0,25% qazancla 26.853,80 bəndlə davam edir, Honq Konq Hang Seng indeksi isə 0,44% azalma ilə 21.758,55 bəndə enib.

Çinin Şanxay birjasında isə tətil səbəbindən əməliyyat aparılmır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr