"Shell" vǝ "Total" İranda benzindoldurma mǝntǝqǝsi açacaq

İrana qarşı bir sıra sanksiyaların götürülmǝsinin tǝsirlǝri özünü hiss etdirmǝyǝ başlayıb.

387835
"Shell" vǝ "Total" İranda benzindoldurma mǝntǝqǝsi açacaq

İrana qarşı bir sıra sanksiyaların götürülmǝsinin tǝsirlǝri özünü hiss etdirmǝyǝ başlayıb.

Beynǝlxalq neft şirkǝtlǝrinǝ qapılarını açan İran “Shell” vǝ “Total”a benzindoldurma mǝntǝqǝsi açma icazǝsi verib.
İki şirkǝt paytaxt Tehran başda olmaqla dǝyişik şǝhǝrlǝrdǝ 100 dǝnǝ benzindoldurma mǝntǝqǝsi açacaq. Bununla da “Shell” vǝ “Total” İrana daxil olan ilk beynǝlxalq neft şirkǝtlǝri olacaq.
Rǝsmi Tehran ilǝ qǝrbli dövlǝtlǝr arasında iyun ayında imzalanan sazişlǝ İran nüvǝ proqramını mǝhdud etmǝ, Qǝrb dǝ Tehrana tǝtbiq edilǝn iqtisadi sanksiyaların bir hissǝsinin götürülmǝsi vǝ mǝrhǝlǝli olaraq lǝğv edilmǝsinǝ dair söz verib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr