G20 ölkǝlǝrinin enerji nazirlǝri İstanbulda yığıncaq keçirir

Nazirlǝrin toplantısının ilk günündǝ gündǝm maddǝsi “Sǝhraaltı Afrika ölkǝlǝrindǝ enerjidǝn istifadǝ" mövzusu müzakirǝ edilib.

385968
G20 ölkǝlǝrinin enerji nazirlǝri İstanbulda yığıncaq keçirir

Nazirlǝrin toplantısının ilk günündǝ gündǝm maddǝsi “Sǝhraaltı Afrika ölkǝlǝrindǝ enerjidǝn istifadǝ" mövzusu müzakirǝ edilib.
Yığıncağın açılış hissǝsindǝ çıxış edǝn Enerji vǝ Tǝbii Sǝrvǝtlǝr naziri Eli Rza Alaboyun tǝrǝqqidǝ enerjinin daşıdığı ǝhǝmiyyǝtǝ toxunaraq dünyada 1,1 milyard insanın enerjidǝn istifadǝ edǝ bilmǝdiyini söylǝyib. Bu insanların ümumilikdǝ Sǝhraaltı Afrika bölgǝsindǝ, bir hissǝsinin isǝ tǝrǝqqi yolunda addımlayan Asiya ölkǝlǝrindǝ yaşadıqlarını qeyd edǝn nazir ǝnǝrjidǝn istifadǝ edilmǝsinin qlobal enerjii gündǝminin ǝn önǝmli mövzularından biri olduğunu vurğulayıb.
Enerji naziri onu da vurğulayıb ki, yoxsulluq vǝ ǝsas sǝhiyyǝ problemlǝri kimi mövzular ilǝ mübarizǝ ucuz vǝ etibar edilǝ bilǝcǝk enerjiyǝ qovuşulması ilǝ mümkündür.
2,6 milyard insanın tǝmiz yǝmǝk bişirǝ bilmǝdiyini qeyd edǝn nazir bu insanların 85 fazinin isǝ Sǝhraaltı Afrika bölgǝsindǝ yaşadığını ifadǝ edib.
Yığıncağın sabah keçirilǝcǝk son gününǝ Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan da qatılacaq.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr