TANAP layihəsi çərçivəsində işlər plana uyğun davam etdirilir

Azərbaycan qazını Avropaya çatdıracaq Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsi çərçivəsində işlər plana uyğun davam etdirilir.

351107
TANAP layihəsi çərçivəsində işlər plana uyğun davam etdirilir

Azərbaycan qazını Avropaya çatdıracaq Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsi çərçivəsində işlər plana uyğun davam etdirilir. Qaz boru kəmərinin çəkilişində istifadə olunacaq daha 4 partiya - 243 ədəd boru Hopa limanına gətirilib. TANAP-ın əhəmiyyətli bir hissəsində logistika mərkəzi rolunu oynayan Hopa limanında boruların həm boşaldılması, həm də Ərzurumdakı tikinti sahələrinə daşınması işləri proqrama uyğun və ara verilmədən davam etdirilir.
AZƏRTAC-ın internet saytında yer tutan xǝbǝrǝ ǝsasǝn, Hopa limanının baş direktoru Meriç Burçin Özer işlərin hər mərhələsinin yaxından izlənildiyini və proqram üzrə davam etdirilməsi üçün lazımı tədbirlərin görüldüyünü, yaxın günlərdə qaz boru kəmərinin çəkilişində istifadə ediləcək digər boruların da limana gətiriləcəyini bildirib.
Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və ordan da Avropaya nəqlini nəzərdə tutan TANAP-ın uzunluğu təxminən 1850 kilometrdir. TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə Türkiyǝnin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin bu tutumunun 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
“Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, BOTAŞ - 30 faiz və bp şirkəti - 12 faiz.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr