Türkiyədə internet üzərindən alış-veriş gəlirləri

Türkiyə Sahibkarlar və Sənətkarlar Konfederasiyasının rəhbəri Bendevi Palandöken bu ilin ilk altı ayı içində internetdən kredit kartları ilə alış-veriş həcminin 26 milyard lira olduğunu bildirib.

333953
Türkiyədə internet üzərindən alış-veriş gəlirləri

  Türkiyədə internet istifadəçilərinin sayının 37 milyonu, online mağazalarda alış-veriş edənlərin sayının isə 15 mini keçdiyini diqqətə çatdıran Palandöken onu da bildirib ki, “Ötən il online ticarətində satış həcmi 41 milyard 883 milyon lira olub. Böyük şəhərlərdə həcmi böyüyən internet alış-verişi artıq Anadoluda da sürət götürüb”.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr