Çindən gələn yük qatarı Ələtə çatıb

Layihǝ çǝrçivǝsindǝ sentiyabr ayında ikinci yük qatarının Çindǝn Türkiyǝyǝ hǝrǝkǝt etmǝsi nǝzǝrǝ alınıb.

313775
Çindən gələn yük qatarı Ələtə çatıb

Türkiyǝ, Azərbaycan, Qazaxıstan, Gürcüstan və Çin dəmir yolu təşkilatlarının birgə təşəbbüsü ilə ilk dəfə Çin, Qazaxıstan və Azərbaycandan keçəcək Şixezi-Dostık-Aktau-Ələt-Keşlə (4768 km, o cümlədən 4258 km dəmir yolu, 510 km dəniz məsafəsi) marşrutu ilə hərəkət edən sınaq konteyner qatarı 6 gündǝn sonra Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət limanına çatıb.
Bununla da Çindǝn Avropaya daha sürǝtli vǝ ucuza yük daşına bilǝcǝk. Daha öncǝ fǝrqli maşrutlarla Çindǝn hǝrǝkǝt edǝn bir yük qatarının Әlǝt limanına çatma müddǝti 35 gündǝn 6 günǝ düşǝcǝk.
2020-ci ilǝ qǝdǝr xǝtt üzǝrindǝn daşınan konteyner sayının 300 mini keçmǝsi planlaşdırılır.
Layihǝ çǝrçivǝsindǝ sentiyabr ayında ikinci yük qatarının Çindǝn Türkiyǝyǝ hǝrǝkǝt etmǝsi nǝzǝrǝ alınıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr