Geotermal enerjidən elektrik enerjisi istehsal edəcək

“Turcas Petrol” şirkəti "Azalternativenerji" MMC ilə etdikləri əməkdaşlıq çərçivəsində geotermal enerjidən elektrik enerjisi istehsal edəcək.

347480
Geotermal enerjidən elektrik enerjisi istehsal edəcək

“Turcas Petrol” şirkətinin İdarə Heyətinin sədri Batu Aksoy verdiyi açıqlamada Hədəfimiz 2017-ci ildən etibarən geotermal enerjidən elektrik istehsal etməkdir” deyib.
Batu Aksoy həm Türkiyədə, həm də Azərbaycanda bərpa olunan enerji sektoruna investisiya yatırmağı planlaşdırdıqlarını bildirib.
“İlk mərhələdə Türkiyənin Ege bölgəsindəki Aydın şəhərindəki geotermal enerji stansiyası layihəsinə 65 milyon dollar həcmində investisiya yatırmağı planlaşdırırıq” deyə B.Aksoy bildirib.
Qeyd edək ki, iyulun 21-də “Turcas Petrol” və "Azalternativenerji" arasında niyyət protokolu imzalanıb. Protokola əsasən, hər iki şirkət Türkiyə və Azərbaycanda günəş, külək və geotermal mənbələrə əsaslanan enerji stansiyalarına investisiya yatırmaq üçün əməkdaşlıq edəcək və birgə layihə həyata keçirəcək.
Protokol imzalandığı tarixdən etibarən 3 il ərzində qüvvədə olacaq.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr