Yunanıstan və avropalı kreditorların müzakirəsi bir nəticə vermə

Brüsseldə keçirilən Avrozona ölkələri maliyyə nazirlərinin konfransı tərəflər arasındakı fikir ayrılıqlarının həll edilə bilməməsi səbəbindən bu günə təxirə salınıb.

318745

Yunanıstanın baş naziri Alexis Çipras borc böhranında razılaşmaya nail olmaq üçün Brüsseldə gərgin səy göstərir. Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondunun borc böhranını adlaya bilmək üçün təqdim etdiyi təkliflər paketini qəbul etməyən Çipras özlərinin təklifini rədd edən kreditorları tənqid edib. Avrozona ölkələri maliyyə nazirləri isə yığıncağı yarımçıq kəsməli olublar.
Nazirlər bu gün yenə bir araya gələcəklər. Müzakirələr nəticə vermədiyi təqdirdə Yunanıstan həm iflasın bir addımlığına gələcək, həm də Avro bölgəsindən və Avropa İttifaqından çıxarılma riski ilə qarşı-qarşıya qalacaq.
Tərəflərin ən gec iyunun 30-na qədər razılıq müqaviləsi imzalaması lazımdır.

Razılıq əldə edilə bilməsə ay axırında borclu vəziyyətdə qalan Yunanıstanın, öncə Avrozona daha sonra isə Avropa İttifaqından çıxarıla biləcəyinə dair xəbərdarlıqlar edilir. Bütün bu namüəyyənlik içərisində Avropada birja indeklərində enişlər olub.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr