Kapadokyaya gələn turistlərin sayı artır

Vadini bu ilin ilk 5 ayı ərzində 183 min 942 nəfər ziyarət edib.

319609
Kapadokyaya gələn turistlərin sayı artır

Kapadokyada turistlərin ən çox ziyarət etdiyi yerlərdən olan İhlara Vadisinin ziyarətciləri ilbəil artır. Vadini bu ilin ilk 5 ayı ərzində 183 min 942 nəfər ziyarət edib.
İhlarada turizm xidmətlərinin keyfiyyətini daha da artırmaq üçün işlər davam etdirilir. Yeni razılaşdırmalardan sonra İhlara Vadisi Türkiyənin və Kapadokyanın ən əhəmiyyətli turizm marşrutlarından birinə çevrilib.
İhlarada sağlam və keyfiyyətli istirahət edən turistlər günün əksər hissəsini məhz vadidə keçirirlər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr