"Yunanıstan avro bölgǝsindǝ qalmalıdır",F.Oland
Külli miqdardakı borcdan xilas olmağa cǝhd göstǝrǝn Yunanıstan kritik proseslǝ üz-üzǝdir.
Külli miqdardakı borcdan xilas olmağa cǝhd göstǝrǝn Yunanıstan kritik proseslǝ üz-üzǝdir.
“İslahatlar müqabilindǝ maliyyǝ yardımı” müqavilǝsi barǝdǝ müzakirǝlǝrdǝn nǝticǝ ǝldǝ edilǝ bilmǝdikdǝ Yunanıstanın avrozonadan ayrılmasının qarşısını almaq üçün az zaman qaldığına dair xǝbǝrdarlıqlar gündǝmdǝdir.
Bununla bağlı xǝbǝrdarlıq edǝn Fransa Prezidenti Fransua Oland (François Hollande) deyib ki, Yunanıstanın avro bölgǝsindǝ qalması üçün ǝlimizdǝn gǝlǝni yerinǝ yetirmǝliyik.
Oland aylarla davam edǝn müzakirǝlǝrdǝn sonra artıq Yunanıstanın addım atmasının vacibliyinǝ toxunub.
Alman parlamentinin qabaqcıl bir üzvü tǝrǝfindǝn dǝ Afinanın qane edǝcǝk keyfiyyǝtdǝ bir islahat paketi qǝbul etmǝyǝcǝyi tǝqdirdǝ Yunanıstanın avro bölgǝsindǝn ayrılmasının lazım gǝldiyi dilǝ gǝtirilib.
Rǝsmi Afina tǝrǝfindǝn verilǝn açıqlamalarda isǝ bildirilir ki, borc alacaq ölkǝlǝr avro bölgǝsi vǝ Beynǝlxalq Valyuta Fondu(BVF) ilǝ razılıq ǝldǝ etmǝlidir. Ancaq Afina ölkǝni altı ayda keçmişdǝki vǝziyyǝtinǝ qovuşduracaq xüsusiyyǝtdǝ bir razılaşmadan imtina etdiklǝri barǝdǝ xǝbǝrdarlıq edir.
Әlaqәli Xәbәrlәr
İstanbulu 2024-cü ilin ilk üç ayında üç milyondan çox turist ziyarət edib
İstanbula gələn əcnəbi turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,22 faiz artıb.