Türkiyə külək enerjisi istehsalında əsas rol oynaya bilər

Türkiyədə külək enerjisi dirəyi və digər texniki avadanlıqları istehsalı son illər durmadan artır.

304509
Türkiyə külək enerjisi istehsalında əsas rol oynaya bilər

  Yerli və xarici investorların külək enerjisinə marağı artıb.

  Türkiyə Külək Enerjisi Birliyi (TÜREB) İdarə heyətinin sədri Mustafa Serdar Ataseven 15 iyun Beynəlxalq Külək günü münasibətilə Türkiyənin külək enerjisi potensialından danışıb.

  Türkiyədə külək enerjisinə istiqamətli yerli sənayenin son illər sürətlə inkişaf etdiyini bildirən Ataseven Türkiyənin külək potensialı yüksək olan bir ölkə olduğunu söyləyib.

  M.S.Ataseven: "Müxtəlif ölkələr Türkiyədə külək enerjisi sahəsinə investisiya qoymaq istəyir. Türkiyə külək enerjisi sənayesində əsas istehsalçı ola bilər. 2023-cü ilə qədər külək dirəyi parçalarının ən az 75 faizini Türkiyədə istehsal etmək mümkündür" deyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr