İctimai və Xüsusi Sektor Ortaq Sərmayələri üzrə dünyada 2-ci

Dünya Bankı Türkiyənin inkişaf etməkdə olan ölkələr arasında ictimai və xüsusi sektor əməkdaşlığıyla bağlı ən çox infrastruktur investisiya edən ikinci ölkə olduğunu açıqlayıb.

298885
İctimai və Xüsusi Sektor Ortaq Sərmayələri üzrə dünyada 2-ci

  Bankın 139 inkişaf etməkdə olan ölkəni əhatə edən "2014-cü il Qlobal İctimai və Xüsusi Sektor Ortaq Sərmayələri" başlıqlı araşdırma hesabatına görə, bu mövzuda Türkiyə həm Avropa, həm Orta Asiya bölgəsində ən böyük 5 layihəyə ev sahibliyi edir.

  Hesabatda Türkiyənin 17 yeni layihəylə ikinci ən yüksək investisiya həcmi əldə etdiyi bildirilir, həmçinin 2014-cü illə müqayisədə 6 faiz (107,5 milyard dolar) artımı olduğu yazılır.

  Bu siyahıda Braziliya 44,2 milyard dollarla birinci, Türkiyə 12,5 milyard dollarla ikinci, Peru 8,1 milyard dollarla üçüncü, Kolumbiya 7 milyard dollarla dördüncü və Hindistan 6,2 milyard dollarla beşinci sırada yer alırlar.

  Qeyd edək ki, ictimai və xüsusi sektor əməkdaşlığı ilə bağlı adı keçən 5 ölkədə həyata keçirilən layihələrin dəyəri 139 inkişaf etməkdə olan ölkədəki ümumi infrastruktur sərmayələrinin 73 faizini təşkil edib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr