Qırğızıstanda Türkiyə Məhsulları Həftəsi

olaraq təşkil edilən 12-ci Türkiyə Məhsulları Həftəsi başlayıb.

296030
Qırğızıstanda Türkiyə Məhsulları Həftəsi

  5 gün sürəcək tədbirlərdə təxminən 50 firma öz məhsullarını birbaşa alıcısına təqdim edəcək, əldə olunan gəlir yenə dərnək vasitəsilə ictimai layihələrin həyata keçirilməsinə xərclənəcək.

  Türkiyənin Bişkekdəki səfiri Metin Kılıç deyib: “Qırğızıstanda Türkiyə məhsullarının keyfiyyət və ekvivalent baxımından yaxşı ad qazandığını, ölkənin hər yerində bu malların rahatlıqla satıldığını və buna tələbat olduğunu gördüm”.

  Qırğızıstan-Türkiyə İş adamları Dərnəyi sədrinin katibi Şövqü Sarılar bildirib ki, “400 milyon dollarlıq sərmayə içində Türkiyə sahibkarları minlərlə qırğız vətəndaşının işlə təmin olunmasına şərait yaradıblar”.

  Qırğızıstan Sənaye və Ticarət Palatası sədrinin müavini Nurlan Musuraliyev də öz növbəsində ən çox investisiya qoyan ölkələrdən birinin Türkiyə olduğunu dilə gətirərək iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin son zamanlar daha da artdığını vurğulayıb.

  Türkiyə Məhsulları Həftəsində iştirakçı firmalar tekstildən qidaya, elektrik avadanlıqlarından bank işinə, elektron əşyalardan ayaqqabıya qədər müxtəlif növlərdə istehsal etdikləri məhsulları təqdim edirlər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr