Babacan Nyu-Yorkda sǝfǝrdǝdir

Babacan BMT-nin İqtisadi vǝ Sosial Şurasının tǝşkil etdiyi “Davam etdirilǝ bilǝn inkişafın maliyyǝsi” mövzulu toplantıya qatılıb.

244107
Babacan Nyu-Yorkda sǝfǝrdǝdir

Baş nazirin müavini Әli Babacan Nyu-Yorkda keçirdiyi görüşlǝri çǝrçivǝsindǝ BMT-nin İqtisadi vǝ Sosial Şurasının tǝşkil etdiyi “Davam etdirilǝ bilǝn inkişafın maliyyǝsi” mövzulu toplantıya qatılıb.
Babacan ǝsas mǝruzǝçi kimi qatıldığı toplantıda BMT Baş katibi Pan Gi Munun da aralarında olduğu çox sayda rǝsmiyǝ müraciǝt edǝrǝk dövr sǝdri olaraq Türkiyǝnin G20-dǝ üstünlük verǝcǝyi mövzular vǝ inkişaf perspektivini şǝrh edib.
Baş nazirin müavini Әli Babacan çıxışında qlobal böhran yarandığı tarixdǝn etibarǝn 7 ilǝ yaxın keçmǝsinǝ baxmayaraq qlobal iqtisadiyyatda sürǝtli vǝ davam etdirilǝ bilǝn bir sǝviyyǝnin olmadığını vurğulayıb. O deyib ki, inkişaf yolunda irǝlilǝyǝn iqtisadiyyatların bir hissǝsi güclü bir inkişaf prosesi ortaya qoydu. Bunun bir sǝbǝbi inkişaf etmiş iqtisadiyyatlardakı pul siyasǝtlǝridir. Valyuta bazarındakı fǝallıqlar şirkǝtlǝrǝ tǝzyiq edǝ bilǝr vǝ ölkǝlǝr makro iqtisadi tǝdbirlǝrlǝ belǝ problemlǝrlǝ mübarizǝ etmǝlidir.
Babacan, ölkǝlǝrdǝki bǝzi siyasi problemlǝrin inkişaf hǝdǝflǝrinǝ mǝnfi tǝsirlǝrinin olduğunu vurğulayaraq onu da qeyd edib ki, gündǝlik yanaşmalar uzun müddǝtli maliyyǝ böhranlarında uğursuz olur. Türkiyǝ bu problemi Suriya böhranında çox yaxından gördü. Humanitar böhranların olduğu zamanlarda inkişaf etmiş ölkǝlǝr mǝnbǝlǝrini bu böhran bölgǝlǝrindǝki ölkǝlǝrin inkişaf proseslǝrinǝ daxil etmǝlidir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr