İstanbul qitələri bir araya gətirir

İlk böyük Qitələrarası Külək Enerji Konfransı (IWPC) İstanbulda olacaq.

287667
İstanbul qitələri bir araya gətirir

  Türkiyə Külək Enerjisi Birliyinin (TÜREB) verdiyi məlumata görə, WOW İstanbul Konqres Mərkəzində ediləcək konrfansa 3 qitənin təxminən 20 ölkəsindən qonaqlar gələcək.

  Qitələrarası Külək Enerji Konfransı (IWPC) bu günə qədər külək sektorunda edilən ən böyük konfrans olacaq.

  Üç gün davam edəcək konfransda əsasən Türkiyə Külək Enerjisi Birliyinin sədri (TÜREB) Mustafa Serdar Ataseven, Avropa Külək Enerjisi Birliyinin (EWEA) sədri Marcus Tack, Qlobal Külək Enerjisi Birliyinin (GWEC) sədri dr. Klaus Rave, Konqresin sədri, Elmlər namizədi Murat Mercan və digər mütxəssislər çıxış edəcəklər.

  Konfransa Enerji və Təbii Qaynaqlar naziri Taner Yıldızın da gələcəyi gözlənilir.

  "İstanbul qitələri bir araya gətirir" şüarı ilə ilk dəfə İstanbulda təşkil ediləcək böyük Qitələrarası Külək Enerji Konfransı (IWPC) Avropa, Asiya, Şimali Afrika, Orta Şərq və Balkanları əhatə edərək geniş bir coğrafiyadakı bütün külək enerjisi səlahiyyətlilərini bir məkana toplayacaq.

  İştirakçılar öz ölkələrində külək enerjisinə istiqamətli təcrübələr, inkişaflar, müasir texnologiyanın ətraf mühitə faydaları, o cümlədən, qarşılaşdıqları problemlərdən danışacaqlar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr