Baş Nazir iqtisadiyyata istiqamət verənlərlə görüşüb

Davudoğlu iqtisadiyyatda söz sahibi olan şirkətlərin nümayəndələri ilə bir araya gәlib.

253640
Baş Nazir iqtisadiyyata istiqamət verənlərlə görüşüb

Baş Nazir iqtisadiyyata istiqamət verənlərlə görüşüb.
Baş Nazir Əhməd Davudoğlu Nyu-York səfərini tamamlayıb Ankaraya qayıtdıqdan sonra iqtisadiyyatda söz sahibi olan şirkətlərin nümayəndələri ilə görüşüb.
Belə ki, Baş Nazir maliyyə bazarındakı son vəziyyəti Mərkəzi Bankın rəhbəri Ərdəm Başçı,Sərmayə Şurasının sədri Vəhdəddin Ərtaş və maliyyədən məsul şəxs olan Cavit Dağdaş ilə rəsmi görüş keçirib.
Baş Nazirin köməkçisi Əli Babacanın da iştirak etdiyi görüşdə xarici və daxili bazarlarda son həftələrdə yaşananlar müzakirə edilib.
Mərkəzi Bankın rəhbəri Ərdəm Başçı Bazar Ertəsi İsveçrənin Bazel şəhərində keçiriləcək iqtisadiyyatı inkişaf etmiş ölkələrin Mərkəzi banklarının rəhbərlərinin qatılacağı toplantı haqqında məlumat verib.
erib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr