İxracat hәcmi rekord qırdı

2014-ci ili ixracat hesabatı açıqlanıb.

167997
İxracat hәcmi rekord qırdı

2014-ci ildə Türkiyənin ixracatı %4 artımla, respublika tarixinin rekordu hesab edilәn 157 milyard 622 milyon dollara çatıb.
Türkiyə İhracatçılar Məclisinin açıqladığı 2014-ci ilin ixracat hesabatına görә Dekabr ayında Türkiyənin ixracatı, ötәn ilin müvafiq dövrünә görə %1.1 artaraq 13 milyard 137 milyon dollar olub.
2014-ci ilin tamamı nәzәrә alındıqda isə, keçən ilə müqayisәdә %4 artımla 157 milyard 622 milyon dollara yüksəlib. Bu da respublika tarixinin reallaşan ən yüksək ixracatı hesab edilir.
Qeyd edәk ki, 2014-cü ildә 22 milyard 270 milyon dollarlıq ixraçat reallaşdıran avtomobil sektorunu 18.7 milyard dollarla hazır geyim və tәkstil izlәrkәn, Kimyәvi maddә sektoru 17.8 milyard dollarlıq ixracatla üçüncü sırada yer alıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr