"Türkiyǝ inkişafını ixracata borcludur"

İqtisadiyyat naziri Nihat Zeybǝkci, Türkiyǝnin carı il 3.3 faiz inkişaf edǝcǝyini bildirǝrǝk, “Türkiyǝ bu inkişafını ixracata borcludur” deyib.

161795
"Türkiyǝ inkişafını ixracata borcludur"

İqtisadiyyat naziri Nihat Zeybǝkci, Türkiyǝnin carı il 3.3 faiz inkişaf edǝcǝyini bildirǝrǝk, “Türkiyǝ bu inkişafını ixracata borcludur” deyib.
Nazir, Adana İqtisadiyyat Zirvǝsindǝ etdiyi çıxışda bildirib ki, dünyadaki bütün mǝnfiliklǝrǝ baxmayaraq 2014-cü ildǝ çox müsbǝt nǝticǝlǝr ǝldǝ edildi. Cari hesab kǝsirindǝ dǝ ilk dǝfǝ bu sǝviyyǝdǝ bir irǝlilǝyiş oldu.
“Türkiyǝnin inkişaf edǝrkǝn sǝrmayǝ qoyuluşları vǝ digǝr bir sıra sahǝlǝrdǝki idxalatında böhran baş vermǝdi. Keçǝn illǝ müqayisǝdǝ ölkǝmiz 37 faiz nisbǝtindǝ cari hesabdakı kǝsirini azaldıb. Bu da ixracatla mümkün olub. Gǝlǝcǝk il dǝ bu uğurdakı fǝaliyyǝtlǝrimiz davam edǝcǝkdir.”deyǝ iqtisadiyyat naziri Nihat Zeybǝkci vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr