Beşinci Bosfor sammiti keçirilir

“Sabahın dəyişən ssenarisi: mürəkkəbliyi qavramaq və dialoqları inkişaf etdirmək” mövzusunda beşinci Bosfor sammiti keçirilir.

376365
Beşinci Bosfor sammiti keçirilir

İstanbulda Türkiyə İxracatçılar Məclisinin ev sahibliyi ilə “Sabahın dəyişən ssenarisi: mürəkkəbliyi qavramaq və dialoqları inkişaf etdirmək” mövzusunda beşinci Bosfor sammiti keçirilir. Sammitdə 70 ölkəni təmsil edən dünya liderləri, yüksək rütbəli dövlət məmurları, tanınmış investisiya şirkətlərinin və 100-dən artıq özəl şirkətin rəhbəri iştirak edirlər. Sammiti Türkiyə Cümhuriyyətinin 11-ci Prezidenti Abdullah Gül açıb. O dünyada baş verən qlobal siyasi dəyişikliklərin iqtisadiyyata təsiri, İslam ölkələrinin iqtisadi inteqrasiya məsələləri və perspektivləri haqqında məlumat verib və Bosfor toplantısına uğurlar arzulayıb.
Zirvə toplantısında investisiya imkanlarının araşdırılması, yeni bazar prinsipləri, islam bankçılığı və dünyada dinamik dəyişən cəmiyyətin digər problemləri kimi məsələlər ilə bağlı “dəyirmi masa”lar təşkil edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr