"TANAP"-ın stansiyası quraşdırılır

Xəttin 2-ci stansiyası Ərzurumun Pasinlər qəsəbəsində qurulur.

199424
 "TANAP"-ın stansiyası quraşdırılır

Trans Anadolu Qaz Boru Kəməri - təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Layihə, Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini, Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 milyard dolardır. Ümumi uzunluğu 2 min kilometr olacaq boru xəttində stansiya işlərinə başlanılıb. Xəttin 2-ci stansiyası Ərzurumun Pasinlər qəsəbəsində qurulur. Layihənin 2018-ci ildə başa çatması gözlənilir. Qeyd edək ki, TANAP-dan keçən 16 milyard kubmetr təbii qazın 6 milyardı Türkiyədə istifadə olunacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr