Türkiyədə ABŞ-ın regional ofisi

ABŞ ticarət palatası Brüseldən sonra dünyada ikinci regional ofisini İstanbulda açıb.

194993
Türkiyədə ABŞ-ın regional ofisi

ABŞ ticarət palatası Brüseldən sonra dünyada ikinci regional ofisini İstanbulda açıb.
İnkişaf naziri Cevdət Yılmaz ofisin sadəcə Türkiyənin deyil, bölgənin rifah və sabitliyinə də təsir edəcəyini söyləyib.
ABŞ 16 trilyon milli gəlirlə dünyanın ən böyük iqtisadiyyatına malikdir.
Türkiyə Amerikaya idxalda 41, ixracda isə 26-cı yerdədir. 20 milyon dollarlıq Türkiyə-Amerika ticarət əlaqələrinin daha da genişləndirilməsi istiqamətində daha bir addım atılıb.
Türkiyə ABŞ üçün Orta Asiya, Orta qərb və Afrikaya açılan bir qapıdır. Buna görə də atılan bu addım olduqca vacibdir. Ofis həm iki ölkə, həm də regional əlaqələri inkişaf etdirəcək, dünyada sülh və əminamanlığa şərait yaradacaq.
İnkişaf naziri Cevdət Yılmaz da, “Türkiyə ilə inkişaf etdiriləcək əlaqələr daha geniş və regional iqtisadi təsirə sahibdir. Əminamanlığın, ticarətin inkişaf etdiyi bölgədə daha çox rahatlıq, sülh və sabitlik görürük” deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr