Türkiyədə inşa edilən neft-qaz emalı layihələri ilə tanışlıq

ARDNŞ rəsmiləri Türkiyədə inşa edilən neft-qaz emalı və neft-kimya layihələri ilə tanış olub.

189268
Türkiyədə inşa edilən neft-qaz emalı layihələri ilə tanışlıq

ARDNŞ rəsmiləri Türkiyədə inşa edilən neft-qaz emalı və neft-kimya layihələri ilə tanış olub.
Azərbaycan Dövlət Neft Şirkətinin strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanovun rəhbərlik etdiyi nümayəndə heyəti “Tekfen” şirkətinin dəvəti ilə Türkiyənin İstanbul və İzmit şəhərlərində səfərdə olub.
Səfər zamanı ARDNŞ-in Neft-qaz emalı və neft-kimya kompleksini təmsil edən nümayəndə heyəti “Tekfen” şirkətinin rəhbərliyi ilə görüş və müzakirələr aparıb, həmin şirkətin fəaliyyəti, istehsalat obyektləri, mühəndislik və tikinti bölmələri ilə tanış olub.
Nümayəndə heyəti “Tekfen” şirkətinin podratçı olduğu İzmit Neft Emalı Zavodunda aparılan və hazırda yekunlaşmaqda olan modernizasiya işləri ilə tanış olmaq məqsədi ilə tikinti sahəsinə də baş çəkiblər. Nümayəndə heyəti üzvlərinə müəssisədə görülən işlər barədə ətraflı məlumat verilib, tərəflər arasında mümkün əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr