24 milyon dollarlıq saat

İsveçrədə, dünyanın ən bahalı və mürəkkəb qızıl saatı hərraca çıxarıldı

188453
24 milyon dollarlıq saat

Əl istehsalı olan cib saatı, rekord qiymətə, 24 milyon dollara satılıb. Zəngin kolleksiyaçılar dünyanın ən bahalı və mürəkkəb qızıl saatına sahib olmaq üçün İsveçrənin Cenevrə şəhərində təşkil edilən açıq hərracda bir araya gəlib. 1930-cu illərdə əllə istehsal olunan cib saatına əvvəlcə 15 milyon dollar qiymət qoyulub. Lakin qiymət yüksəlib və rekord həddə çatıb. Saatı alan müştəri əlavə komissiya ilə bərabər 24 milyon dollar ödəyəcək. Müştərinin adı açıqlanmır. İncə texnologiyaya malik olan, 5 ilə istehsal olunan saatın təqvimi, siqnalizasiyası, hər saatın tamamında xəbərdarlıq sistemi, saniyə ölçəni və digər xüsusiyyətləri var. Bundan başqa saat günəşin doğmasını və qürub etməsini göstərir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr