Asiya İnkişaf Bankı Bakıda toplantı keçirǝcǝk

Bankın prezidenti Takehiko Nakao, 2015-ci ildǝ keçirilǝcǝk toplantının hazırlıqları üçün Bakıda sǝfǝrdǝ olub.

180816
Asiya İnkişaf Bankı Bakıda toplantı keçirǝcǝk

Asiya İnkişaf Bankının 48-ci illik toplantısı, Azǝrbaycanın paytaxtı Bakıda keçirilǝcǝk.
Bankın prezidenti Takehiko Nakao, 2015-ci ildǝ keçirilǝcǝk toplantının hazırlıqları üçün Bakıda sǝfǝrdǝ olub.
Nakao, 2015-ci ilin may ayında Bakıda keçirilǝcǝk toplantıya, 67 ölkǝdǝn nazir, qeyri-hökumǝt tǝşkilatlarının nümayǝndǝlǝri, gǝnçlǝr vǝ ekspertlǝrin qatılacağını bildirib.
Asiya İnkişaf Bankının prezidenti Nakao, bankın indiyǝdǝk Azǝrbaycana 1.64 milyard dollar kredit ayırdığını, Azǝrbaycanda neftdǝn savayı sektorların inkişafını vǝ regional layihǝlǝri dǝstǝklǝdiklǝrini bildirib.
Bu barədə Asiya İnkişaf Bankının (AİB) prezidenti Takehiko Nakao noyabrın 4-də Bakıda keçirdiyi mətbuat konfransında məlumat verib. Bundan ǝlavǝ Asiya İnkişaf Bankı qarşıdakı dörd ildə Azərbaycana 750 milyon ABŞ dolları həcmində kredit ayırmağı proqnozlaşdırır. “AİB Ölkə Tərəfdaşlıq Strategiyasına uyğun olaraq Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə və özəl sektorun inkişafına təkan verməkdə maraqlıdır”, - deyən T.Nakao qeyd edib ki, bu proqram “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun hazırlanıb. Azərbaycan hökuməti qarşıya qoyulan hədəflərə nail olmaq üçün özəl sektorun potensialından istifadə edə bilər. Bunun üçün səmərəli qanunvericilik və tənzimləyici mühit olmalıdır.
AİB prezidenti bildirib ki, Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində nəqliyyat, enerji, şəhər xidmətləri, kiçik və orta biznes və dövlət-özəl sektorlar arasında tərəfdaşlığın inkişafına dəstək veriləcək. Bu, sektorların inkişafı yeni iqtisadi imkanlar yaradacaq, şəhərlə kənd arasında fərqi azaldacaq. Yeni strategiya, həmçinin regional əməkdaşlıq, idarəetmə, ekoloji sabitlik, iqlim dəyişikliyi və layihələrin daha səmərəli icrasına böyük önəm verir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr