Mərkəz Bankı alqı-satqı əməliyyatının uğurlu olduğu açıqlanıb

ABŞ Mərkəz Bankı alqı-satqı əməliyyatlarının nəticəsinin uğurlu olduğunu açıqlayıb.

174837
 Mərkəz Bankı alqı-satqı əməliyyatının uğurlu olduğu açıqlanıb

ABŞ Mərkəzi Bankı alqı-satqı əməliyyatlarının nəticəsinin uğurlu olduğunu açıqlayıb və siyasət faiz nisbətini lazım olan bir müddət daha qorumağa qərar verib. ABŞ Mərkəz Bankının pul siyasətini təyin edən Federal Açıq Bazar Komitəsinin oktyabr ayı üçün hesabatında Komitə üzvlərinin 2012-ci ilin sentyabr ayında başlayan 3-cü Pul Genişləmə Proqramının bu ay başa çatdırılmasına və siyasət faiz nisbətinin bir müddət daha 0 və 0,25 faiz aralarında saxlanmasına qərar verdiyi bilidrilir. Federal Açıq Bazar Komitəsinin növbəti toplantısı dekabrın 16-17-də təşkil olunacaq. Toplantıdan sonra mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr