8 ayda 8.639 milyard dollar Beynәlxalq investisiya

Türkiyəyə birbaşa beynəlxalq investisiya qoyuluşlarının sayı artıb.

172544
8 ayda 8.639 milyard dollar Beynәlxalq investisiya

Türkiyəyə birbaşa beynəlxalq investisiya qoyuluşlarının sayı artıb. Belə ki, birbaşa beynəlxalq investisiyaların daxil olması ilin ilk 8 ayında ötən illə müqayisədə 9,8 faiz artıb. İqtisadiyyat Nazirliyi, avqust ayı üçün “birbaşa beynəlxalq investisiya Məlumatları Bülletenini” açıqlayıb. Buna görə, təkcə avqust ayında 675 milyon dollar birbaşa beynəlxalq investisiya daxil olub. Beləliklə ilin ilk 8 ayında bu rəqəm 8 milyard 639 milyon dollara çatıb. Bunun 104 milyon dolları Avropa Birliyi ölkələri, 57 milyon isə Asiya ölkələrindən qaynaqlanır. Avqust ayında 258 beynəlxalq sərmayəli şirkət və şöbə yaradılıb. Avqustun sonu isə Türkiyədə fəaliyyət göstərən beynəlxalq sərmayəli şirkətlərin sayı 40 min 506-ya çatıb. Ən çox beynəlxalq sərmayəli şirkət İstanbuldadır. Daha sonrakı yerlərdə Antalya, Ankara və İzmir gəlir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr