Qlobal iqtisadi artım proqnozu azalıb

Beynǝlxalq Valyuta Fondu Qlobal İqtisadiyyatla bağlı hesabatını yayımlayıb.

150956
Qlobal iqtisadi artım proqnozu azalıb

Beynǝlxalq Valyuta Fondu Qlobal İqtisadiyyatla bağlı hesabatını yayımlayıb.
Beynəlxalq Valyuta Fondu qlobal iqtisadi artım proqnozunu azaldıb. Hesabata görǝ iyul ayında gələn ilə proqnoz 4 faiz idisə, oktyabrın 7-də verilǝn proqnozda bu 3,8 faizə endirilib.
Beynǝlxalq Valyuta Fondu bunu avrozonada iqtisadi zəiflik və inkişaf etməkdə olan böyük ölkələrdə iqtisadi artımın azalması ilə izah edib.
Fond bildirib ki, qlobal iqtisadi zəiflik ABŞ-da dirçəlişi və İspaniya, Kanada və Meksikada vəziyyətin nisbi yaxşılaşmasını üstələyir.
Hesabatda yer alan mǝlumata ǝsasǝn, Türkiyǝ 2014 vǝ 2015-ci illǝrdǝ 3 faiz inkişaf edǝcǝk. Cari ildǝki inkişafda dövlǝtin qoyacağı sǝrmayǝ vǝ xǝrclǝrlǝ yanaşı artan ixracat dǝ tǝsirli olacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr