İstanbul әhәmiyyәtli sammitә ev sahibliyi edir

Dünya İqtisadi Forumu xüsusi konfransı bu gün öz işinә başlayıb

141921
İstanbul әhәmiyyәtli sammitә ev sahibliyi edir

Dünya İqtisadi Forumu xüsusi konfransı öz işinә başlayır.
Dünya İqtisadi Forumunun “Gələcək Regional İnkişaf üçün Mәnbәlәrin Aşkarlandırılması” mövzulu xüsusi Sammiti, prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə bu gün İstanbulda başlayır.
İki gün davam edəcək toplantıda 70-dən çox ölkədən təxminən 600 nümayәndә iştirak edәcәk.
Prezident Ərdoğanın açıq elan edәcәyi yığıncaq baş nazir Əhməd Davudoğlunun çıxışı ilә yükunlaşacaq. Yığıncağa dövlət və hökumət başçıları, eləcə də Avropa Komissiyasının sədri Jose Manuel Barroso da iştirak edәcәk.
Avropa İttifaqı naziri və baş müzakirәçi Volkan Bozkır isә , “Avropa İttifaqı, Qonşuluq və Sonrası” mövzulu iclasda çıxış edәcәk.
Prezident Ərdoğan, Baş nazir Davudoğlu və Avropa İttifaqı naziri Bozkır foruma qatılan dövlət və hökumət başçıları, beynəlxalq təşkilat nümayəndələri və nazirlərlə ikitərəfli görüşlәr keçirәcәk.
Forum, Türkiyənin yerlәşdiyi coğrafiyada daimi inkişaf, sabitlik və sülhün bәrpasına dair səylərin artırılması ilә bağlı konkret fikir mübadiləsi və təcrübәlәrinin bölüşülmәsinә imkan təmin etməsi baxımından əhəmiyyət daşıyır.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr