Daha dörd yeni sərhəd qapısı açılacaq

Türkiyə - İraq sərhəddində daha dörd yeni sərhəd qapısının açılacağı bildirilib.

136953
Daha dörd yeni sərhəd qapısı açılacaq

Türkiyənin Gömrük və Ticarət naziri Nureddin Canikli İraqla iqtisadi münasibətləri yüksəltmək məqsədilə Türkiyə - İraq sərhəddində daha dörd yeni sərhəd qapısını açacaqlarını bildirib.
Nureddin Canikli İraq Ticarət Evləri Federasiyasının sədri Cəfər Rəsul Al Həmədaninin başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.
Görüşdə türkiyəli nazir Türkiyə-İraq arasındakı Habur Sərhəd Qapısına əlavə olaraq digər sərhəd qapılarının açılması istiqamətində danışıqların davam etdiyini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr