İran və Çin arasında 4.5 milyard dollarlıq razılaşma

Əli Macid, Çinlə ölkəsinin yeni neft-kimya layihələrini maliyyələşdirmәk məqsədiylə 4.5 milyard dollarlıq müqavilə imzaladığını bildirib.

120781
İran və Çin arasında 4.5 milyard dollarlıq razılaşma

İran və Çin arasında 4.5 milyard dollarlıq razılaşma
Çin İranda neft-kimya sənayesinin inkişafı üçün sərmayə qoyacaq.
İran Neft Nazirlinin Beynəlxalq әlaqәlar üzrә müavini Əli Macid, Çinlə ölkəsinin yeni neft-kimya layihələrini maliyyələşdirmәk məqsədiylə 4.5 milyard dollarlıq müqavilə imzalandığını, Çinin investisiyalarıyla neft-kimya layihələrinin genişlәndirilәcәyini bildirib.
Onun sözlәrinә görә, enerji sahəsində nәzәrdә tutulan 12 yeni layihə Çin Xalq Cümhuriyyǝti tәrәfindәn maliyyələşdirilәrәk inkişaf etdiriləcək, artıq prosedur mərhələlər tamamlanıb və maliyyələşdirilәn 8 layihə üzrә müqavilə hazırdır.
Macid hәmçinin İranın Çaharmahal və Bəxtiyari əyalətində 470 milyon avro dəyərində olan 4 yeni layihənin dә Çin tərəfindən maliyyәlәşdirilәcәyini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr