Qazaxıstandan bir heyət İzmirdə iş adamlarıyla görüşüb

Qazaxıstanın Ankara səfiri Canseyit Tüymebayev başçılığında bir heyət, İzmirdə iş adamlarıyla görüşüb.

133171
Qazaxıstandan bir heyət İzmirdə iş adamlarıyla görüşüb

Qazaxıstan Türk iş adamlarına investisiya üçün çağırış edib.

Qazaxıstanın Ankara səfiri Canseyit Tüymebayev başçılığında bir heyət, İzmirdə iş adamlarıyla görüşüb.

Qeyd edək ki, Türkiyə ilə Qazaxıstan arasında ticarət dövriyyəsi illik 3 milyard dollara yaxınlaşıb.

Qazaxıstanda fəaliyyət göstərən Türk firmalarının sayı isə 500-dən artıqdır.

İki ölkə arasındakı ticarət həcminin daha da artırılması üçün səy göstərilir.

Son olaraq Qazaxıstandan gələn 18 nəfərlik bir heyət, İzmirdə Əgə Bölgəsi Sənaye Palatasında iş adamlarıyla bir araya gəlib.

Palatanın idarə heyətinin sədri Nadir Yorgancılar, "Təxminən 2 nöqtə 8 milyard dollara yaxın bir ticarət həcmini qarşılıqlı olaraq reallaşıb. Amma gerçək potensial bu deyil. 10 milyard dollarlara qədər çıxa biləcək olan bir potensial var." deyib.

Qazaxıstan heyetindeki səlahiyyətlilər də ölkədə xarici iş adamlarına imkan yaradacaq yeni əsaslara diqqət çəkib.

Cənubi Qazaxıstan Əyaləti Vali Vəkili Saparbek Tuyakbayev, "Qazaxıstanda ümumiyyətlə investisiya sahəsində cari il çox köklü dəyişikliklər olur. Yeni proqram üçün də yeni imkanlar açılır. Bu çərçivədə ən böyük imkan hazırda Avrasiya İqtisadi Birliyinin 2015-ci il yanvarın 1-dən qüvvəyə minməsidir. "deyib.

Qazaxıstanın Ankara səfiri Canseyit Tüymebayev də "Ölkəmiz son illərdə iqtisadiyyat investisiya sahəsində nəhəng addımlar atıb. Ölkə xaricindən investisiya cəlb etmək mövzusunda yeni addımlar atılmaqdadır." deyə vurğulayıb.

Qazaxıstan heyəti, Dənizli şəhərində də görüşlər keçirəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr