Avans sistemi təxirə salınıb

Rusiyanın enerji şirkəti “Qazprom” təbii qaz satışında iyunun 16-da Ukraynaya qarşı tətbiq edəcəyi avans sistemini təxirə salıb.

91192
Avans sistemi təxirə salınıb

Rusiyanın enerji şirkəti “Qazprom” təbii qaz satışında iyunun 16-da Ukraynaya qarşı tətbiq edəcəyi avans sistemini təxirə salıb.
Rus mətbuat orqanlarının yaydığı xəbərə görə, iyunun 10-dan sonra təxminən 2,24 milyard dollar borcu olan Ukrayna borcunu ödəmədiyi təqdirdə avans sisteminə keçiləcəyini açıqlamışdı. Ukraynalı səlahiyyətlilər isə təbii qaz borcu ilə bağlı problemi həll etmədən əvvəl yeni bir qiymətdə razılığa gəlməyin lazım olduğunu bildirir. Rusiya, böhrandan əvvəl Ukraynadan min kubmetr təbii qaz üçün 268,5 dollar tələb edərkən, böhrandan sonra bu qiyməti 485 dollara dək artıqmışdı. Rusiya mətbuatına açıqlama verən Qazprom İdarə heyətinin rəhbəri Aleksey Miller, Rusiya, Avropa Birliyi və Ukrayna arasındakı danışıqların davam etməsi üçün avans sisteminin başlanğıc tarixinin iyunun 16-dək təxirə salındığını bildirmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr