Türkiyənin Rusiya ilə Ukrayna arasındakı müharibənin dərinləşməməsi üçün göstərdiyi səylər

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) direktoru professor Murat Yeşiltaşın mövzu ilә bağlı qәlәmә aldığı mәqalәsi.

1794217
Türkiyənin Rusiya ilə Ukrayna arasındakı müharibənin dərinləşməməsi üçün göstərdiyi səylər

Rusiyanın Ukraynaya hücumu beynəlxalq sistemi alt-üst etdi. Böhran başlayandan bəri Ukraynaya müdaxilə etmək niyyətinin olmadığını deyən Putin Donbas bölgəsindəki separatçı respublikaların müstəqilliyini tanıdıqdan dərhal sonra Ukraynada hәrbi әmәliyyatın keçirilmәsi ilә bağlı әmr verdi. Hazırda müharibә dörd əsas bölgәdә gedir. Birinci bölgə Ukraynanın paytaxtı Kiyevdir. 15 gün davam edən davamlı hücumlara baxmayaraq rus qoşunları Kiyevi ala bilmədi. İkinci bölgә Xarkov şəhəri və onun ətrafındakı yaşayış mәntәqәlәridir. Ən şiddətli qarşıdurmaların baş verdiyi bölgə hələ tam olaraq rusların nəzarətində deyil. Üçüncü bölgə isə əməliyyatların ilk başladığı Donbas bölgəsidir. Rusiyanın buradakı məqsədi Mariopul şәhәrini ələ keçirməkdir. Hələlik şəhəri mühasirəyə aldı, lakin şəhərə  nəzarəti әldә edə bilmədi. Sonuncu bölgə isə hücumların intensivlәşdiyi Krım xəttidir. Rusların buradaki hәdәfi  Odessa şəhərini әlә keçirmәkdir. Belәliklә  Ukraynanın Qara dənizlə əlaqəsi kəsmiş olacaqlar. Müharibənin 16-cı günündə ruslar ağır itkilər verməkdə davam edir.

Türkiyə Ukrayna böhranı başlayandan bəri vasitəçi olmağa çalışıb. Türkiyәnin məqsədi böhranın müharibəyə çevrilməsinin qarşısını almaq idi. Türkiyә bu çәrçivәdә hәr iki tәrәflәrә çağırışlar etdi.. Rәsmi Ankara Ukraynada yaşanacaq müharibənin Türkiyәyә necә təsir edəcəyini bilirdi. Lakin Türkiyә müharibənin qarşısını ala bilmədi. Türkiyәnin  hazırkı hәdәfi müharibəni sona çatdırmaq və dərinləşməsinin qarşısını almaqdır. Qərblə Rusiya arasında gərginlik günü-gündən artır. Qərb bir tәrәfdәn Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edir, digәr tәrәfdәn dә Ukraynaya hərbi yardımını artırmağa davam edir. Ankara isə hələ də məsələnin diplomatik yolla həllində israrlıdır.

Müharibәnin 15-ci günündə Türkiyənin vasitəçiliyi ilə Antalya Diplomatik Forumunda Ukrayna və Rusiya arasında ilk yüksək səviyyəli görüş baş tutdu. Görüş zamanı Rusiya tərəfinin kifayət qədər gərgin olduğu müşahidә olundu. Rusiya xarici işlər naziri Lavrov mətbuat konfransında tənqidi sualları cavablandırmaqda çətinlik çəkib. Ukraynanın xarici işlər naziri bildirib ki, Rusiya qəbuledilməz şərtlər irəli sürüb. Antalya Diplomatiya Forumu çәrçivәsindә keçirilәn görüşdә bir nәticә әldә olunmasa da, Türkiyә mәsәlә ilә bağlı diplomatik sәylәr göstәrmәyә davam edir. Çünki müharibənin dərinləşməsi soyuq müharibədən sonra Qara dənizdəki status-kvonun pisləşməsi mәnasına gәlәcәk vә bu  Türkiyə-Rusiya münasibətlərinə də mənfi təsir göstərəcək. Digər tərəfdən, embarqolar daha da artarsa, Türkiyə bu balanslı mövqeyini saxlamaqda çətinlik çəkə bilər. Bu səbəbdən də müharibənin dayandırılması və siyasi konsensusun ən qısa zamanda әldә olunması üçün ciddi sәylәr göstərir.

Bu müharibə  rәsmi Ankara üçün Suriya böhranından daha dərin geosiyasi vәziyyәt deməkdir. Qara dəniz Türkiyənin təhlükəsizliklә bağlı ilkin  prioritetləri arasındadır. Türkiyә həm Qərblə, həm də Rusiya ilə münasibətlərinin pozulmasını istәmir.Türkiyə Ukrayna ilə dərinləşmiş strateji əlaqələrinin pozulmasından  da narahatdır. Digər tərəfdən Rusiyanın bu böhranda qәlәbә qazanması rәsmi Ankaranın Rusiya ilə rəqabətini dərinləşdirə bilәr. Bu səbəbdən Ukrayna müharibəsi  rәsmi Ankaranın son dövrdә  üzləşdiyi ən mühüm problemdir.



Әlaqәli Xәbәrlәr