Türkiyə-Amerika əlaqələrinin müşkülləri

Son zamanlar Türkiyə-Amerika əlaqələrində yaranan problemlərlə bağlı SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) qurumunun direktoru, professor Murat Yeşiltaşın yazısını təqdim edirik

1586392
Türkiyə-Amerika əlaqələrinin müşkülləri

 

  Sevimli dinləyicilər, son zamanlar Türkiyə-Amerika əlaqələrində yaranan problemlərlə bağlı SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) qurumunun direktoru, professor Murat Yeşiltaşın yazısını təqdim edirik. 

  Bu gün Türkiyə-Amerika əlaqələrilə bağlı dörd əsas problem var ki, bunlar həll edilmədən Türkiyə və ABŞ arasındakı böhranın ortadan qalxması çox çətindir. Müşküllərin başında “S-400” məsələsi gəlir.  

  “S-400” Türkiyə-Amerika münasibətlərinə təsir edən ən bariz faktorlardan biridir. Strateji əlaqə olaraq təyin edilən A və B dövlətləri arasındakı münasibətlərdə belə bir problemin ortaya çıxmaması lazım idi. Bu mənada nə ABŞ Türkiyənin “Patriot” sistemlərinə tələbini qarşılıqsız qoya bilərdi, nə də Türkiyə bir NATO müttəfiqi kimi ən böyük təhlükəsizlik və müdafiə rəqibilə belə bir ticarət edərdi. O zaman ilk fərziyyəmiz Türkiyə-Amerika əlaqələrinin "strateji ortaqlıq" şəklində təyin oluna bilməyəcəyi istiqamətində olmalıdır. Mövcud problemin öhdəsindən gəlmək üçün iki tərəfdən birinin ya mövqeyini dəyişməsi, ya da qarşılıqlı olaraq maraqlara zərər vermədən bir düstur yaratmaları lazımdır.  

  Tam bu nöqtədə həll olaraq fikrə Türkiyənin milli müdafiə naziri Hulusi Akarın “Girit” modeli gəlir. Ancaq bu həll modelinin necə çalışacağı çox aydın görünmür. Üstəlik Türkiyənin “S-400”lərin ikinci paketini alması ilə bağlı görüşlərin davam etdiyi söylənildiyi bir vaxtda  “Girit” modelini işlətmək son dərəcə çətin görünür.

  Yaxşı, bəs ABŞ-ın “S-400”lə bağlı nəticəni tək bir varianta endirərək müzakirəyə çalışması bu məsələnin həllini təmin edərmi? Bu problemin cavabının “bəli” olması da o qədər mümkün görünmür. Çünki “S-400”ü Türkiyə xaricinə çıxarmaq düsturunun rəsmi Ankara tərəfindən bir bazarlıq məsələsi olaraq görünmədiyi çox aydındır. O halda “S-400”ün hər iki tərəf üçün də çıxılmaz yollara getdiyi və bunu aşmadan əlaqələri təmiretmənin mümkün olmadığı görünür.

  Terror təşkilatı YPG məsələsi isə Türkiyə-Amerika əlaqələrindəki qeyri-müəyyənliyi daha da artıran bir müşkül olaraq vardır. YPG-nin son zamanlar Suriyanın şimalına artan terror hücumları, Bayden hökuməti və ABŞ qurumlarının YPG-yə mövcud rəftarı nəzərə alınarsa, Türkiyə-Amerika münasibətlərində “S-400”ün səbəb olduğu ayrılığı daha dərinləşdirə biləcəyi kimi Türkiyəni də yeni hərbi addım atmağa məcbur edə bilər. Bu mənada YPG problemi taktik addım kimi ABŞ-ın Suriyada Türkiyə ilə ayrılığının səbəbi olmaqdan çıxaraq ikitərəfli əlaqələrin bütün istiqamətlərini təyin edən bir problemə çevrilib.

  Eynilə “S-400” məsələsində olduğu kimi, tərəflərdən birinin mövqeyindən çəkilməsi lazımdır; ya rəsmi Vaşinqton YPG-ni gücləndirərək Suriyanın torpaq bütövlüyünü pozacaq muxtar rəhbərlik qurmaqdan imtina edib rəsmi Ankaranın mövqeyinə yaxınlaşacaq, ya da Türkiyə YPG mövqeyində dəyişikliyə gedərək ABŞ-ın YPG-ni "çevirmə" siyasətini qəbul edəcək. Mövcud şərtlər altında iki dövlətin də mövqelərini qorumağı seçdikləri bəlli olduğundan yaxınlarda YPG probleminin həll edilməsi o qədər də mümkün görünmür.

  “S-400” və terror təşkilatı YPG məsələsinə əlavə olaraq, çox dərinləşməmiş olsa da, Şərqi Aralıq dənizi mövzusu belə Türkiyə-Amerika əlaqələrini fərqli nöqtələrə gətirə biləcək səviyyəyə çatıb. Şərqi Aralıq dənizi məsələsinin Türkiyə baxımından xarakterini təyin edən “Mavi Vətən” görüntüsü Türkiyənin hərbi, siyasi və iqtisadi mövqeyini şəkilləndirərkən ABŞ üçün bu mövqe "baş çıxaracaq" bir regional geosiyasi mövzu kimi müzakirə edilir. Bu nöqtədə ABŞ-ın Şərqi Aralıq dənizində Yunanıstanın hərbi gücünə vədəsi uzadılan borcu (konsolide) və Türkiyənin hərəkət sahəsini məhdudlaşdırma siyasəti ikitərəfli əlaqələrdə başqa çıxılmaz yolun meydana gəlməsinə səbəb olmaqdadır. Müşkülün keçilməsi üçün Türkiyənin bölgədəki geosiyasi sahəsini daraltması və hərbi fəaliyyətini minimuma endirməsi gözlənilərkən, rəsmi Ankaranın “Mavi Vətən” oxunda şəkilləndirdiyi ilk mənfəətlərini müzakirəyə açaraq həllə varması da o qədər mümkün görünmür. Bu səbəbdən Şərqi Aralıq dənizi məsələsi yaşanan və yaşanacaq proseslərdə, ikitərəfli münasibətlərdə yeni gərginlik sahəsinin yaranmasına yol aça bilər.

  Bütün söylədiklərimizə terror təşkilatı FETÖ məsələsi, tətbiq olunan embarqo və iddialar gəlincə əlaqələrin bütünlüklə bir meydanoxuma ilə qarşı-qarşıya olduğu görünür və bu, həlli dala salır.  

  54 senatorun imzaladığı məktub belə Türkiyə-Amerika münasibətlərini düzəltmə arzusundan daha çox cəzalandırma ifadəsinə və dilinə malikdir. Türkiyə prezidenti Ərdoğanı hədəfə alan məktubla görünür ki, əlaqələri kölgələyən bir “konqres müşkülü” də var. Bayden rəhbərliyinin "Təşkilatlarla birlikdə xarici siyasət yürüdəcəyik” yanaşması da konqresin xarici siyasət üzərində daha təsirli olduğunu göstərir. Artıq xarici işlər naziri Blinkenin konqresi öz tərəfində saxlamaq üçün Türkiyə fayllarında gözlənildiyindən fərqli mövqe göstərə biləcəyi də mümkündür. Türkiyə qovluğuna bu münasibət Türkiyənin işini çətinləşdirir və Türkiyə-Amerika əlaqələrinin hər addımını az qala konqresin kölgəsində buraxır.



Әlaqәli Xәbәrlәr