“Dəyişikliyin sosiologiyası və Türkiyə”

Ankara Yıldırım Bəyazıt Universitetinin Politologiya Fakültəsinin dekanı prof. Kudrət Bülbülün “Dəyişikliyin sosiologiyası və Türkiyə” adlı analitik yazısı.

1240795
“Dəyişikliyin sosiologiyası və Türkiyə”

Həftənin analizi_30

Dəyişiklik dövründəyik. Qloballaşma prosesləri həyatımızı çox ölçülü olaraq bir çox sahədə, istəsək də, istəməsək də dəyişir. Qloballaşma proseslərilə yanaşı, sürətli iqtisadi inkişafın da yaşandığı cəmiyyətlərdə güclü dəyişikliklər birlikdə gedir. Proqramda sosioloji vəziyyətə və Türkiyənin dəyişən sosiologiyaya nəzər salmaq istəyirik.

Maslov və ehtiyaclar iyerarxiyası

Amerikalı psixoloq Abraham Maslov "Ehtiyaclar iyerarxiyası" nəzəriyyəsilə insan davranışlarını təhlil edir. Maslov insanların ilk növbədə əsas ehtiyaclarını qarşılamaq istəyilə hərəkət etdiyini, bu əsas ehtiyacların ödənilməsindən sonra orta və yüksək səviyyəli qəbul edilə bilən digər ciddi ehtiyaclarının ödənilməsi səyini göstərdiyini bildirir. İnsanları motivasiya edən ehtiyacları bir piramidaya oxşadan Maslov bu ehtiyacları ən ətraflı şəkildən ən məhduda doğru gedəcək şəkildə beş kateqoriyaya ayırır.

Piramidanın əsasında fizioloji ehtiyaclar var. Aclıq, susuzluq, məskunlaşma kimi ehtiyaclar burada yer alır. Bu ehtiyacların ödənilməsindən sonra 2-ci səviyyədə biznes, mülkiyyət, səhiyyə kimi təhlükəsizlik ehtiyacları yer alır. 3-cü səviyyədə mənsubluq, sevgi, qəbul olunma, ictimai həyat kimi ehtiyaclar əhəmiyyət qazanır. 4-cü səviyyə dəyər verilməsi, hörmət səviyyəsidir. Status, uğur, etibar, tanınmaq, özünü ortaya qoymaq səyləri burada yer alır. Piramidanın ən dar təpəsi olan 5-ci səviyyə isə özünü reallaşdırma səviyyəsidir. Bu səviyyədə artıq insanlar ilk mərhələdəki əsas ehtiyaclar səviyyəsindən çox uzaq olurlar. Daha yaradıcı olmaq, daha əxlaqlı, prinsipial mövqelər, öz fərqliliyini həyata keçirmək səyləri bu səviyyədəki insanların gözləntiləri və motivasiyasıdır. Maslova görə bir ehtiyac aradan qaldırdıqdan sonra bu cür ehtiyacların ödənilməsinə qarşı motivasiya mənasını və dəyərini itirir.

Sürətli inkişaf və nəticələri

Maslovun fərdlər üçün nəzərdə tutduğu ehtiyaclar iyerarxiya təhlili rahat şəkildə cəmiyyətlər üçün də nəzərdə tutula bilər.

Qloballaşma proseslərilə birlikdə bəzi cəmiyyətlər çox qısa müddət ərzində çox sürətli şəkildə inkişaf qeyd edə bilər. Elə həmin çərçivədə qloballaşma prosesləri ilə yanaşı bəzi cəmiyyətlər çox qısa müddətdə iqtisadiyyat sahəsində çox sürətli şəkildə inkişaf etdi. Çin, Braziliya, Hindistan kimi ölkələrlə yanaşı Türkiyə də bunlardan biridir. AK Partiyanın hakimiyyətindən əvvəl adam başı 2000 dollar gəlir səviyyəsinə malik olan Türkiyə cəmiyyətlər üçün çox qısa deyilə biləcək bir müddətdə adam başı gəliri 10 min dolları ötən bir ölkə oldu.

Bu sürətli iqtisadi dəyişikliyin iqtisadiyyat, mədəniyyət, təhsil, ailə, siyasət kimi həyatın bütün sahələrinə şübhə yoxdur ki, təsiri olur. İqtisadi inkişafın ədalətli paylanması səviyyəsi isə ayrı bir mövzudur.

İqtisadi inkişafın təsirləri

Dəyişən iqtisadi seçimlər: Cəmiyyətlərin qısa müddət ərzində beş qatadək var-dövlətə qovuşması fərdlərin iqtisadi seçimlərini xeyli fərqləndirəcək. Ömrü qənaət etməklə keçmiş ailələr uşaqlarının xərclərini və istehlak seçimlərini başa düşməkdə çətinlik çəkəcəkdir. Türkiyə cəhətdən dəyişən bu vəziyyəti cib telefonları seçimində müşahidə etmək mümkündür. Türkiyədə cib telefonu dəyişmə müddətinin dünyada orta hesab qəbul edilən müddətin çox üzərində olduğu bildirilir.

Ailə münasibətləri: İqtisadi inkişaf ər-arvad və övlad münasibətlərini də kökündən dəyişir. Keçmişdə ailələr nisbi olaraq daha çox ehtiyac içində olduqda, uşaqlar daha hörmətli və itaətkar idi. İqtisadi inkişaf ilə yanaşı ailələr daha varlanarkən ailə fərdləri daha azad və daha tənqidi mövqe tuta bilirlər.

Təhsil: Daha aşağı gəlir səviyyəsində təhsil fərdlərin yüksəlmə və "özünü xilas etmələri" üçün daha çox məqsəd kimi götürülərkən, daha yüksək gəlir səviyyəsində təhsil vasitə kimi istifadə olunur.

Mədəniyyət-sənət-estetika: Gəlir səviyyəsi yüksəldikcə mədəniyyət, incəsənət və estetikaya dair maraq və qayğılar da artır, bu sahələrə dair gözləntilər yüksəlir.

Siyasət: 1980-ci illərdə dövlətlər nisbi olaraq daha avtoritet, vətəndaşlar isə daha mərhəmətli idilər. Dövlətlər hazırda daha demokratik olmasına baxmayaraq artıq vətəndaşlar daha tənqidçidir. Qloballaşma prosesləri və iqtisadi inkişafla yanaşı ailələrdə olduğu kimi fərd-dövlət-cəmiyyət əlaqələri dəyişir. Bu dəyişiklik əlbəttə ki, siyasətə və siyasi ifədələrə öz təsirini göstərir. Deməli sosioloji təbii olaraq yeni bir dil/tərz/ifadə/iş icra tərzinə ehtiyac duyulur. Maslovun ehtiyaclar iyerarxiyasında olduğu kimi dövlətlənən, orta-yuxarı gəlir durumuna çatan cəmiyyətlərə əsas ehtiyaclar vəd etmək siyasi bir qarşılıq görməyəcəkdir. Artan gəlir səviyyəsi siyasi ifadəyə dair ictimai gözləntini dəyişir. 2 min dollarlıq bir gəlir durumunda bəzi xərclər lazımsız  kimi qəbul edilə bilər. 10 min dollarlıq şərtlərdə isə əsas ehtiyaclardan bəhs etmək lazımlı kimi görülə bilər.

Sürətli dəyişiklik və mədəniyyət

Sürətli dəyəşikliyin yaşandığı ölkələrdə ən problemli sahənin mədəniyyət sahəsində olduğu söylənə bilər. İqtisadi inkişaf yaxud da qlobal ünsiyyət və informasiya ilə bir çox şey sürətli şəkildə dəyişə bilir. Lakin mədəniyyət eyni sürətlə deyil, daha yavaş dəyişir. Bu vəziyyətin əks-sədalarını təhsil, siyasət, qadın-kişi əlaqələri kimi sahələrdə çox müşahidə edirik. İctimai statuslar sürətlə dəyişərkən, ictimai mədəniyyət eyni sürətlə dəyişmədiyindən, mədəni sahələrdəki münaqişələrə şahid oluruq.

Qlobal ünsiyyet ve informasiya

Deyişen sosioloji sadece iqtisadi inkişaf ile izah oluna bilmez. Texnoloji proseslər fərd-dövlət-ailə münasibətlərini də dəyişir. Əvvəlcədən fərdlər yaxın qohum, dost və məktəb ətrafında və üzbəüz münasibətlərlə bir sosiallaşma prosesi yaşayarkən, inkişaf edən texnologiya və xüsusilə sosial media vasitələri artıq fərdlər qlobal səviyyədə və virtual münasibətlərə bir sosiallaşma prosesi yaşayır. Bənzər digər mexanizmlərinin vətəndaşlar üçün də qüvvədə olduğu, ailələr kimi dövlətlərin də artıq fərdlər üzərində daha məhdud təsirə malik olduğunu deyə bilərik.

Yeni sosiologiyanın prosesində iqtisadi inkişaf etdirməklə yanaşı qlobal ünsiyyət və informasiyanın təsiri böyükdür. Cəmiyyətləri, dövlətləri, ailələri dəyişikliyə məcbur edən əsas şey qlobal kommunikasiya və informasiya vasitələrilə fərd-dövlət-cəmiyyət və ailə münasibətlərinin başqa ölkələrdə/ailələrdə necə olduğuna daha yaxından bələd olunmasıdır.

Son söz kimi qeyd edək ki, tarixin dönüş nöqtəsi qırılma anı varsa hamımız bu ana şahidlik edirik. Uşaqlarımız yeni bir dövrün ilk nəsilləri ikən, atalarımız min illik bir ənənənin son qurşağı kimi. Bir nəsil olaraq ikisi arasında bir tərəfdən keçmişin min illik təcrübəsinə, ənənəsinə sahib ikən, digər tərəfdən yeni bir dövrün başlanışdayıq. Sosiologiyanın sürətlə dəyişdiyi belə bir mühitdə hər halda dünəndə qalmamaq lazımdır. Hz. Mövlanənin bu yanaşması təhsilə, ailə münasibətlərimizə və xüsusilə siyasi ifadələrə dair bizə işıq olur:

“Dünənlə bərabər getdi əzizim

Nə qədər söz varsa dünənə aid

İndi yeni şeylər söyləmək lazım”

Təbii ki, ənənədən ayrılmadan…

 

 



Әlaqәli Xәbәrlәr