“S-400-lərmi? Hədəf dəyişməsimi?” (II hissə)

Ankara Yıldırım Bəyazıt Universitetinin Politologiya Fakültəsinin dekanı prof. Kudrət Bülbülün “S-400-lərmi? Hədəf dəyişməsimi?” adlı analitik yazısının ikinci hissəsi

1220520
“S-400-lərmi? Hədəf dəyişməsimi?” (II hissə)

Həftənin analizi_25

Keçən həftə söhbətimizi Yalta Konfransından sonra qurulan soyuq müharibə nizamının məhv olmağa üz tutduğundan, amma hələ yeni bir nizam qurulmadığından bəhs edərək yekunlaşdırdıq. Yeni qlobal nizam axtarışlarına ABŞ, Rusiya və Çinin əsas alındığına işarə etmiş, ədalət əsaslı yeni bir nizam ehtiyacını dilə gətirmişdik.

Prof. Kudrət Bülbül analitik yazısının bu günkü hissəsində isə bunları deyir: “Bu ümumi dəyərləndirmələrdən sonra qaldığımız yerdən davam edə bilər, Türkiyəyə, Türkiyənin təhlükəsizlik ehtiyacına üz tuta bilərik.

Türkiyənin təhlükəsizlik ehtiyacı

Birinci Dünya müharibəsilə torpaqlarının əhəmiyyətli bir hissəsini itirən Osmanlı dövlətindən sonra qurulan Türkiyə Cümhuriyyəti daha məhdud bir coğrafiyada da olsa mövcudluğunu davam etdirmişdir. Sovet İttifaqının 1940-cı illərdəki açıq dənizlərə üz tutma siyasətinə paralel olaraq Türkiyədən açıq şəkildə boğazlara tərəf tələbindən sonra, Türkiyə daha çox Qərb bloku ilə birlikdə hərəkət etməyə başladı. 1952-ci ildə NATO üzvü oldu. Qərb blokunun Rusiyanı mühasirəyə alma siyasəti çərçivəsində Türkiyəni öhdəsinə düşəni yerinə yetirdi. NATO da özünü əyani şəkildə təhdid edən SSRİ-yə qarşı Türkiyənin təhlükəsizlik ehtiyacına öz töhfəsini verdi. Ümumi çərçivəsinə işarə edilən Soyuq Müharibədən sonra isə Rusiya artıq Qərb üçün birinci yerdəki təhdid olmadı. Türkiyə Qərb blokunun daxilində NATO üzvü bir ölkə olaraq üzərinə düşəni yerinə yetirməkdə davam edir. Bunun qarşısında artıq qərbli ölkələrdən oxşar yanaşmalar görmür. Türkiyə milyonlarla suriyalı qaçqına ev sahibliyi edərək, Qərb demokratiyasına və sabitliyinə töhfə verir, qərbi ölkələrin daha çox faşizmə və nasizmə üz tutmasına mane olur. Bunun qarşısında Türkiyə Suriyadan qaynaqlanan təhlükəsizlik təhdidləri qarşısında tək buraxılmışdır. Hətta bundan savayı Türkiyə hazırda NATO üzvü olmasına baxmayaraq, xüsusilə ABŞ mərkəzli siyasətlərin açıq təhdidilə qarşı-qarşıyadır. Ehtiyacı olan Patriotları almaq istəməsi ABŞ tərəfindən rədd edildi, habelə qarşıdurmaların ortasında ABŞ və Almaniya tərəfindən gətirilən patriotlar da geri çəkilmişdir.  Digər tərəfdən terror təşkilatı olaraq tanınmış Türkiyənin 50 min insanını itirməsinə səbəb olan, on illərdir mübarizə apardığı PKK və bu təşkilatın Suriya qolu olan PYD ilə ABŞ-ın əməkdaşlıq içində olması, Türkiyə tərəfindən haqlı olaraq heç bir şəkildə qəbul edilə bilməz kimi görülür və sərhədlərində bir terror dövləti qurulma cəhdləri olaraq qiymətləndirilir. PYD terror təşkilatının 7 min TIR-la daşınan hərbi təchizatla gücləndirilməsinə Türkiyə tərəfindən ən sərt şəkildə reaksiya göstərilir. Türkiyənin təhlükəsizliklə əlaqədar ehtiyacı gözdən yayındırılıb özünü müdafiə etməsi üçün lazım olan donanma verilmədi. Buna görə də Türkiyənin özünü müdafiə etmək üçün Rusiya, Çin və digər ölkələrlə əməkdaşlıq etməsi qaçılmazdır. Hakimiyyətdə hansı partiya olarsa olsun ölkəsinin gələcəyini düşünən heç bir partiya, ölkəsini müdafiə etmək üçün qərbli ölkələrdən dəstək olmadan oturub gözləməyi düşünə bilməz. Türkiyəyə yönəldilmiş belə gözləntidə olmaq sadəlövhlük deyilsə, Türkiyəni daha çox çətin vəziyyətlə üzləşdirmək cəhdi ilə izah oluna bilər.  

ABŞ-ın hədəf dəyişməsi

Hazırda Almaniya, Yaponiya, Cənubi Koreya kimi ölkələr hələ də ABŞ-ın təhlükəsizlik dairəsi daxilindədirlər. ABŞ-ın yaratdığı bu dairədə sabitlik və inkişaflarını davam etdirirlər. Türkiyəyə də soyuq müharibə dövründə belə bir dairə təmin edilmişdi. Lakin bu nöqtədə soyuq müharibədən sonra nəyin ki Türkiyəyə təhlükəsizlik dairəsi təmin edilməsi, Türkiyənin təhlükəsizliyi açıq-aşkar təhdid edilir. (Şərqi Aralıq dənizindəki Türkiyə əleyhinə siyasətlər, Suriya böhranı, FETÖ, S-400, F-35-dən Türkiyənin kənara çıxarılması...)

Türkiyə Qərb hədəfli NATO-da illərdir üzərinə düşən öhdəlikləri artıqlaması ilə yerinə yetirib, aldığından daha çoxunu vermiş bir ölkədir. Hazırda da Türkiyənin mövqeyində dəyişiklik yoxdur. Bu səbəbdən son illərdə qərbli və qərbyönümlü ziyalıların təkidlə vurğuladıqlarının əksinə bir hədəf dəyişməsi Türkiyə üçün deyil, ümumilikdə Qərb, daha xüsusi mənada isə ABŞ üçün deyilə bilər.

ABŞ-dakı hədəf dəyişməsi sadəcə Türkiyəyə istiqamətli də deyildir. ABŞ-ın qonşu ölkələri Meksika, Kanada, Aİ ölkələri də bu hədəf dəyişməsinin nəticələrilə qarşı-qarşıya qalırlar. Bundan əlavə İran, Şimali Koreya, Latın Amerikası ölkələri, Rusiya və Çin ilə baş verən gərginliklər də bu çərçivədə qiymətləndirilə bilər.

ABŞ-dakı hədəf dəyişməsinin səbəbləri ayrı bir mövzudur. Bu səbəblər sadəcə Soyuq müharibə dövründən sonra dəyişən ilkin hədəflər arasında deyil, qloballaşma proseslərindən ABŞ-ın və Qərbli ölkələrin kifayət səviyyədə qazanclı çıxmaması, bu səbəblə ABŞ-ın qlobal miqyasda liderliyini itirəcəyi qorxusu ilə keçmişdən biridir liderlik etdiyi prinsipli açıqlıq və rəqabət siyasətlərinin tam ziddi siyasətləri qeyri-prinsipial şəkildə təqib edilməsində axtarıla bilər.

NATO və ABŞ arasındakı mövqe fərqlənməsi

ABŞ müdafiə nazirinin vəzifələrini icra edən Patrik Şanahan milli müdafiə naziri Hulusi Akara göndərdiyi məktubunda Türkiyənin Rusiyanın S-400 müdafiə sistemi almasının ABŞ və NATO ilə əməkdaşlığına xətər yetirilməsini, müdafiə sektoru və iqtisadi hədəflərinin, inkişafın və beynəlxalq ticarətin bu vəziyyətdən zərər görəcəyini ifadə etdiyi mediada yer aldı. Şanahanın “Türkiyənin S-400-lərin təhvil verilməsini reallaşdıracağı təqdirdə F-35-ləri ala bilməyəcəyini də ifadə etdiyi bildirilir. Sadəcə bu məktub belə Türkiyənin öz təhlükəsizlik ehtiyacını heç bir hədəfə təhvil verə bilməyəcəyinin göstəricisidir. Daha əvvəl müxtəlif ölkələrin yer aldığı və birgə istehsal etmək qərarına gəldiyi F-35-lərdən Türkiyə təktərəfli olaraq çıxarılmaqda təhdid edilir.

Şanahanın ifadə etdiyi bildirilən S-400-lərin alınmasından Türkiyənin NATO ilə əlaqələrinin də zərər görəcəyinin doğru olmadığı isə, Türkiyəyə səfəri zamanı xüsusilə NATO baş katibi tərəfindən bildirilmişdir. Baş katib NATO üzvü ölkələrin özlərini müdafiə etmə haqqı olduğunu ifadə etdi.

Nəticə kimi, Türkiyə qərbli ölkələr və ABŞ ilə müqayisə edildiyi zaman bəlkə ən az mövqe dəyişən ölkədir. Türkiyə tarixi ittifaqlarına son qoyacaq bir yol da axtarmır. Mövqe dəyişikliyi yaxud da hədəf dəyişməsi Türkiyənin təhlükəzisliyini gözdən yayındıran, terror təşkilatları ilə əməkdaşlıq edərək sərhəddə bir terror dövləti qurmaq istəyən bəzi qərbli ölkələrdə və xüsusilə ABŞ-dadır. Soyuq müharibə dövrü ilə müqayisə edildiyi zaman Qərbdəki bu açıq hədəf dəyişməsi ortada ikən, Türkiyə S-400 yaxud oxşar sistemlərlə öz təhlükəsizliyini təmin etmə cəhdindən nəyin adına və nə üçün imtina etsin?”.



Әlaqәli Xәbәrlәr