Tarrantizm?

Ankara Yıldırım Bəyazıt Universitetinin Politologiya Fakültəsinin dekanı prof. Küdrət Bülbülün "Tarrantizm?” adlı analitik yazısı.

1170997
Tarrantizm?

Həftənin analizi_13

Avstraliyalı ağ irqçi Brenton Tarrantın Yeni Zelandiyada həyata keçirdiyi və 50 müsəlmanın ölümü ilə nəticələnən terror aktından sonra terrordan bir metod kimi istifadə edən irqçiliyin və ifrat sağçı olmağın necə təsvir edilməsinin vacibliyinə dair mübahisə yenidən gündəmə gəldi.

Hazırdakı yayğın təsvir “İslamofobiya terror”, “İslam əleyhdarlığı/ düşmənçiliyi”, “antiislamizmyönlü” tərzindədir.

Antisemitizm, Antiislamizm

20-ci əsrdə Qərbdə yaşanan Yəhudi nifrəti və yəhudilərə qarşı həyata keçirilən bəşəriyyətə yaraşmayan rəftarlar, yayğın bir qəbulla antisemitizm adlandırılır. Oxşar bir şəkildə müsəlmanlara qarşı artmaqda davam edən zorakılıq və terror aktları antiislamyönümlü, islam düşmənçiliyi kimi məfhumlarla adlandırmaq, həm qeyri-insani bir faiciəni xatırladır həm də antiislami antisemitzm  ilə birlikdə məhkum etmə baxımından funksional ola bilər. Bununla yanaşı belə adlandırmalar problemin əsas qaynağı olan mentaliteti ortaya çıxarmır. Problemi ümumilikdə qurbanlar üzərindən təsvir edir, problem ağlında olanları və cinayətkarları kölgədə qoyur.

Digər tərəfdən Qərbdəki yaxın və həqiqi təhdid  sadəcə İslam əleyhinə olan düşüncələri əhatə etmir. Tarrantın Qərb icmalarında ağ irqdən savayı icmaları öldürməkdən başqa yolun olmadığını təfərruatlı şəkildə izah etdiyi terror manifestində görüldüyü kimi  ağ irqdən başqa bütün fərqliliklər təhdid altındadır. İrqçi ağlar və ifrat sağçılar üçün ağ olmaq Qərbdən savayı icmalardakı ağları kənarda qoyacaq şəkildə Avropadakı ağ irqi ehtiva edir.

Faşizm, Nasizm, Sionizm

Axtardığımız məfhum əslində çox yeni, çərçivəsi elə çox məlum olmayan bir məfhum deyil. Məfhumun yuxarı başlığı məlumumuzdur: İrqçilik. Amma hazırda qarşı-qarşıya qaldığımız vəziyyəti ifadə etməkdə irfqçilik çox kifayətsiz qalır. Mövcud vəziyyət öz halında öz irqini sevməyi, onun üçün işləməyi, onu ön plana çıxarmağı məqsəd götürən bir irqçilik durumu deyil. Bundan kənarda öz irqi, öz həyat tərzi üçün başqa irqləri, fərqli həyat tərzlərini məhv etməyi məqsəd götürən, bunun üçün Avropada tez-tez göründüyü kimi məbədləri, insanları evlərində diri-diri yandırmağı, hər növ terror hücumunu bir metod kimi mənimsəyə bilən bir irqçilik vəziyyətidir. Oxşar durumlar üçün ədəbiyyatda istifadə etdimiyiz kifayət qədər məfhum var. Faşizm bir növ dövlət irqçiliyi kimi görülə bilər. Nasizm isə, dövləti də özü üçün vatisə kimi görən, almanların üstünlüğünə əsaslanan millət irqçiliyidir.

Sionizm isə həm millət həm də din irqçiliyinin birləşmiş vəziyyəti kimi görülə bilər. Sionizm Thedore Herlz tərəfindən inkişaf etdirilən, yəhudilərin seçilmiş millət olduğunu, Tanrının Türkiyənin bir hissəsini də əhatə edəcək şəkildə müəyyən torpaqları (əvəd edilmiş torpaqlar) onlara vəd etdiyini, həmin səbəbdən bu torpaqları əldə etmək üçün hər şəyi etməyin qanuni olduğunu müdafiə edən ideologiya kimi görülə bilər. Roger Garaudynin ifadəsilə irqçi və müstəmləkəçi bir ideologiyadır. İsrailin BMT qərarlarını, beynəlxalq hüququ, insan haqları və əsas azadlıqları gözdən yayındıraraq fələstinlilərə etdiyini bir çox mütəfəkkir və insan haqları aktivisti Hitlerin yəhudilərə etdiyi ilə müqayisə edir. Heç şübhə yoxdur ki, bütün yəhudilər Sionizm barədə həmfikir deyillər. Sionizmi tamamilə rədd edən, yəhudilərin bir dövlət qurmasını dinlərinə zidd görən, bu səbəbdən İsraili tanımayan Ortodoks yəhudilər də var.

Whitəizm?, Wasizm?, Tarrantizm?

Faşizmi dövlət irqçiliyi, nasizmi millət irqçiliyi, sionizmi din irqçiliyi kimi təsvir etsək ehtiyac duyduğumuz məfhum əsasən irqçilikdir. Ağların üstünlüyü terrordan bir metod kimi isitfadə edən ağ irqçiliyini ifadədə xeyli kifayətsiz və məsum qalır. Çünki bu nöqtədə ağ irqin üstünlüyü bir inanc olmaqdan çıxmış, bu inanc terrorun amilinə çevrilmiş vəziyyətdədir.

Ehtiyac duyulan məfhuma dəqiq qərar verməsək də haradan çıxması, nəyə işarə etməsinin vacibliyini bilirik.  Məfhum terroru və zorakılığı bir metod kimi mənimsəyən ağ irqçilərin  zehin dünyasından çıxmaqdadır. Bu nöqtədə faşizmi və nasizmi xatırladacaq və onlarla birlikdə məhkum edəcək şəkildə “Wasizm” yaxud “Whiteizm” (ağ irqçilik) məfhumları irəli sürülə bilər. “Waisizm” yayğın istifadən söhbət getsə ağ irqçi terroru, kənarda buraxmağı, nifrətə işarə edən bir məfhum kimi qısa müddətdə qəbul edilə bilər. Amma belə bir vəziyyətdə keçən həftə  işarə etdiyimiz kimi problemlə qarşı-qarşıya qalınacaqdır. Xristianlıq adından həyata keçirilən terrora xristian terroru, İslam adından həyata keçirilən terrora islam terroru deyilməsi bu inanc qruplarındakı çox böyük nisbətdəki məntiqli əksəriyyət üçün bir böhtan olacaqdır. Belə sözlərdən istifadə edilməsi yaxud qütbləşdirmələr terror təşkilatlarının daha çox xeyrinə olacaqdır. Oxşar şəkildə ağ irq adından terrora əl atanlar səbəbindən bütün ağları şübhə altında buraxacaq ifadələrdən istifadə etməkdən imtina etməliyik. Nasizmi almanlardan ayrı tutaraq bir millət irqçliyi, sionizmi yəhudilərdən ayrı tutaraq bir millət və din irqçiliyi kimi görürüksə, ağ irqçiliyini də bunu mənimsəyən ağlardan ayrı tutaraq məhkum edəcək bir terminologiyadan istifadə etməliyik. Bu nöqtədə manifestini də yazdığı üçün ağ irqçiliyə əsaslanan terrora Tarrantizm demək ağla gələ bilər. Tarrantizm bütün ağları deyil. Manfestində işarə etdiyi şəkildə terroru bir metod kimi qanuni görənlər üçün istifadə edilə bilər. Belə məfhumlar da təklif ediləcəksə bu fərqi nəzərdə tutan bir məfhum ortaya qoyulmalıdır. Nəticə olaraq əsas haqq və azadlıqları, söz azadlığını, yaşamaq haqqını rədd edən, terrordan bir metod kimi istifadə edən ağ irqçiliyi yaxud ifrat sağyönümlü terror üçün yeni bir məfhuma ehtiyac olduğu məlumdur. Ortaya qoyulacaq bir məfhum qurbanları mərkəzdə saxlayan deyil, cinayətkarın zehin dünyasını göstərən və bu mentaliteti məhkum edən bir məfhum olmalıdır. Yəni faşizm, nasizm və sionizmi xatırladacaq və onlarla birlikdə məhkum edəcək şəkildə, ağların üstünlüğündən ortaya çıxarılan, lakin bütün ağları da ittiham etməyən bir məfhum…



Әlaqәli Xәbәrlәr