Enerjidә yeni marşrutlar

Aralıq dənizi hövzəsi dünyada ən yüksək karbohidrogen resurslarına malik regionlardan biri hesab edilir.

2123797
Enerjidә yeni marşrutlar

Enerjidә yeni marşrutlar

Aralıq dənizi hövzəsi dünyada ən yüksək karbohidrogen resurslarına  malik regionlardan biri hesab edilir. Xüsusilə Şərqi Aralıq dənizindəki yeni kəşflər bu yanaşmanı dəstəkləyib.

Bəs, Aralıq dənizi hövzəsində hansı ölkənin nə qədər ehtiyatı var?

Əlcəzairin 12,2 milyard barel neft və 4,3 trilyon kubmetr təbii qaz ehtiyatı var.

Liviyada 48,4 milyard barel sübut edilmiş xam neft və 170 trilyon kubmetr təbii qaz ehtiyatı var.

Mərakeş sahillərində 1,4 trilyon kubmetr təbii qazın olduğu təxmin edilir.

Misirin 3,3 milyard barel neft və 1,7 trilyon kubmetr təbii qaz ehtiyatına malik olduğu bildirilir.

Tunisin 65 milyard kubmetr təbii qaz və 425 milyon barel neft ehtiyatı var.

Kipr adası ilə İsrail arasındakı ərazidə 176 milyard kubmetr təbii qaz olduğu təxmin edilir.

Suriyanın ümumi neft ehtiyatları 2,5 milyard bareldir; Təbii qaz ehtiyatlarının 240 milyard kubmetr səviyyəsində olduğu bildirilir.

ABŞ Geoloji Xidmətinin məlumatlarına görə, Şərqi Aralıq dənizində ümumi dəyəri təxminən 1,5 trilyon dollar olan 30 milyard barel neftə bərabər karbohidrogen yataqları mövcuddur. Bunun böyük hissəsi təbii qazdır.

Beynəlxalq aktyorlar, eləcə də Aralıq dənizi hövzəsindəki ölkələr tərəfindən bölgədə həyata keçirilən kəşfiyyat və seysmik fəaliyyətlər Şərqi Aralıq dənizində enerji bərabərliyində yeni tarazlıqların yaranmasına səbəb olur.

Cənubi Kipr Yunan Administrasiyası 2007-ci ildə birtərəfli qaydada Kipr adası ətrafında xüsusi iqtisadi zona elan edib. Daha sonra 13 müxtəlif bölgədə kəşfiyyat işləri aparacağını açıqlayıb. Misir və Yunanıstanla müqavilələr imzalayıb.

Cənubi Kipr Yunan Administrasiyasının bu yanaşmasına rəsmi Ankara çox sərt reaksiya verib. Əvvəlcə çox sayda NOTAM (Uçuş və yer təhlükəsizliyinə təsir göstərə biləcək bəzi vacib vəziyyətlər barədə pilotları məlumatlandırmaq üçün verilən bəyanatdır) nəşr olunub, daha sonra bölgəyə döyüş gəmiləri göndərilib. Bu prosesdə Mavi Vətən doktrinası qəbul edilib. Ankara Liviya ilə də dəniz yurisdiksiyası müqaviləsi imzalayıb.

Bu prosesdə Avropa İttifaqı və ABŞ Kipr Yunan administrasiyasının yanında yer alıb. Şərqi Aralıq dənizindən Avropaya təbii qaz nəqlini nəzərdə tutan EastMed layihəsi açıqlanıb.

Layihə Şərqi Aralıq dənizindən çıxarılan təbii qazın Yunanıstan vasitəsilə İtaliyaya nəqlini nəzərdə tuturdu. Lakin ABŞ baha başa gəldiyi üçün layihəni dəstəklәmәkdәn vaz keçib. Karbohidrogen ehtiyatlarından əlavə həm Suriyadakı vətəndaş müharibəsi, həm də Fələstin-İsrail məsələsi Şərqi Aralıq dənizini beynəlxalq aktorlar üçün güc mübarizəsi meydanına çevirir. Bir çox ölkələrin Şərqi Aralıq dənizinin beynəlxalq sularında hərbi aktivləri var.

Bәs İsrailin hücumları enerji marşrutunu dәyişdirdimi?

Qəzzadakı müharibənin Şərqi Aralıq dənizinin enerji siyasətində böyük dəyişikliyə səbəb olacağı gözlənilir.

Lakin bütün inkişaflara baxmayaraq, Avropa enerji təhlükəsizliyini təmin etməli, Türkiyeni Şərqi Aralıq dənizində əsas ölkəyə çevirməlidir.



Әlaqәli Xәbәrlәr