Türkiyə ölkəni peyk texnologiyaları ixracatçısına çevirmək istəyir

Bu məlumatı Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır “Türksat 6A” peykinin Ankaradan Floridaya göndərilməsini şərh edərkən verib

2148735
Türkiyə ölkəni peyk texnologiyaları ixracatçısına çevirmək istəyir

 

  Türkiyə dünyanın telekommunikasiya peykləri hazırlayan 11-ci ölkəsi oldu. Bu məlumatı Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır “Türksat 6A” peykinin Ankaradan Floridaya göndərilməsini şərh edərkən verib.

  “Türksat 6A” peykini Türkiyədə indiyə qədər inkişaf etdirilən ən yüksək texnologiyalı məhsul adlandıran nazir deyib: “Peykin hazırlanmasında yalnız Türkiyə alimləri və mühəndisləri iştirak edib. Yerli peyklər milli təhlükəsizlik üçün vacib amildir. Türkiyə Milli Kosmik Proqramında qeyd olunan bütün məqsədlərdə müvəffəqiyyət qazanacağına əmindir”.

  “Türksat 6A” peykinin ABŞ-ın Florida ştatının Kanaveral burnundan “SpaceX” raketdaşıyıcısı ilə iyul ayında buraxılması planlaşdırılır. Yeni peykin əhatə dairəsi 5 milyard əhalisi olan onlarla ölkədir. 

  Bu gün Yerin orbitində Türkiyənin beş telekommunikasiya peyki fəaliyyət göstərir: “Türksat 3A”, “Türksat 4A”, “Türksat 4B”, “Türksat 5A” və “Türksat 5B”.

  Qeyd edək ki, Türkiyə hökumətinin məqsədi ölkəni peyk texnologiyaları ixracatçısına çevirməkdir.

 



Әlaqәli Xәbәrlәr