Bəşəriyyət tarixində Ayın görünməyən tərəfindən ilk süxur toplama missiyası

Çinin məqsədi 2030-cu ilə qədər öz astronavtlarını Aya yerləşdirməkdir

2148194
Bəşəriyyət tarixində Ayın görünməyən tərəfindən ilk süxur toplama missiyası

 

  Çinin “Çanye-6” avtomatik enib-qalxma modulu Ayın səthindən topladığı süxur nümunələri ilə birlikdə Pekin vaxtilə iyunun 4-ü saat 07:38-də Yerin təbii peykinin səthindən qalxıb. Bu barədə Çin Dövlət Kosmos Administrasiyası (CNSA) məlumat yayıb. Bildirilir ki, modul 6 dəqiqəlik uçuşdan sonra Ayın orbitinə daxil olub. O, “Çanye-6” kosmik cihazı ilə birləşdikdən sonra Yerə doğru hərəkət edəcək. Bu, bəşəriyyət tarixində Ayın görünməyən tərəfindən ilk süxur toplama missiyasıdır. Bundan sonra “Çanye-6” missiyası topladığı süxur nümunələrini Yerə gətirməlidir.

  Qeyd edək ki, Çinin Ayın görünməyən tərəfindən süxur toplayıb gətirmək üçün başlatdığı “Çanye-6” missiyasına mayın 3-də start verilib. CNSA missiyanın təxminən 53 gün davam edəcəyini planlaşdırıb. Enib-qalxma modulu iyunun 2-də Ayın Cənub qütbü - Eytken hövzəsinə yumşaq eniş edib. Bu, Ayın səthində, ümumilikdə Günəş sistemində krater zərbəsi nəticəsində yaranmış ən qədim, ən böyük və ən dərin hövzədir. Həmin ərazidən götürülən nümunələr Ay haqqında yeni məlumat əldə etməyə imkan verəcək.

  Çinin “Çanye-5” kosmik aparatı 2020-ci ildə Ayın yaxın tərəfindən nümunələr gətirib.

  Çinin məqsədi 2030-cu ilə qədər öz astronavtlarını Aya yerləşdirməkdir.



Әlaqәli Xәbәrlәr