Erkən yaşlarda hava və səs çirkliliyinə məruzqalma nələrə səbəb olur?

İngiltərənin Bristol Universitetində aparılan və “JAMA Network Open” jurnalında dərc edilən araşdırmada hava və səs çirkliliyi ilə psixoloji pozuqluqlar arasındakı əlaqə öyrənilib

2146629
Erkən yaşlarda hava və səs çirkliliyinə məruzqalma nələrə səbəb olur?

 

  Erkən yaşlarda hava və səs çirkliliyinə məruz qalmanın psixoloji pozuqluq riskini artırdığı üzə çıxıb.

  İngiltərənin Bristol Universitetində aparılan və “JAMA Network Open” jurnalında dərc edilən araşdırmada hava və səs çirkliliyi ilə psixoloji pozuqluqlar arasındakı əlaqə öyrənilib.

  İngiltərədə 1991-1992-ci illərdə hamilə qadınlarla başlayan uzunmüddətli tədqiqatda 9065 uşağın 12 yaşına qədər məruz qaldığı hava və səs çirkliliyi araşdırılıb. Sözügedən uşaqların 13, 18 və 24 yaşlarında olan psixoloji vəziyyətləri ana bətnindən bəri məruz qaldıqları hava və səs çirkliliyi ilə müqayisə edilib. Nəticələr göstərib ki, iştirakçıların təxminən 19,5 faizi psixotik, 11,4 faizi depressiya, 9,7 faizi isə narahatlıq pozuqluğu yaşayıb.

  Tədqiqatçılar hətta PM2.5 adlı incə hissəciklərdəki kiçik bir artımın daha çox psixotik təcrübə və depressiya ilə əlaqəli olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr