Qütb buzlaqlarının əriməsi Yerin daha yavaş fırlanmasına səbəb olur

Kaliforniya San Dieqo Universitetində aparılan tədqiqatda geofiziki hadisələrin Yerin fırlanmasına təsiri riyazi modellərdən istifadə edilərək araşdırılıb

2121821
Qütb buzlaqlarının əriməsi Yerin daha yavaş fırlanmasına səbəb olur

 

  Məlum olub ki, iqlim dəyişikliyi səbəbindən qütb buzlaqlarının əriməsi Yerin daha yavaş fırlanmasına səbəb olur.

  Kaliforniya San Dieqo Universitetində aparılan tədqiqatda geofiziki hadisələrin Yerin fırlanmasına təsiri riyazi modellərdən istifadə edilərək araşdırılıb. Nəticədə məlum olub ki, qütb buzlaqlarının əriməsi, xüsusən də insanın yaratdığı iqlim dəyişikliyi Yer kürəsinin əvvəlki dövrlərdən daha yavaş fırlanmasına gətirib-çıxarıb. Bununla yavaşlama təqvim ilinin son dəqiqəsinə bir saniyə əlavə edilməsi olaraq bilinən "sıçrayış saniyəsi" tətbiqi 2026-cı il deyil, 2029-a ilə düşə bilər.

  Tədqiqatın müəllifi, Kaliforniya San Dieqo Universiteti Skripps Okeanoqrafiya İnstitutunun geofiziki Dunkan Aqnyu (Duncan Agnew) sözügedən mövzu ilə bağlı verdiyi açıqlamada buzlaqların əriməsi nəticəsində dəniz səviyyəsində yaranan dəyişikliyin Yerin fırlanma sürətinə təsir etdiyini söyləyib.

  Araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub.



Әlaqәli Xәbәrlәr