Viruslar insanlardan heyvanlara yoluxur

Məlum olub ki, viruslar heyvandan insanlara deyil, insanlardan heyvanlara yoluxur.

2120495
Viruslar insanlardan heyvanlara yoluxur

Məlum olub ki, viruslar heyvandan insanlara deyil, insanlardan heyvanlara yoluxur.

"London Universitet Kolleci"ndə (UCL) aparılan araşdırmada tədqiqatçılar virusların növlər arasındakı yoluxmasını araşdırmaq üçün qlobal məlumatlardan istifadə ediblər.

Təxminən 12 milyon ardıcıl məlumatlardan istifadə edilən araşdırmaya görə, virusların insanlarla heyvanlar arasında hərəkət etdiyi halların 64 faizində insanlardan heyvanlara yoluxduğu ortaya çıxıb.

Tədqiqat qrupunda işləyən bioloq Cedrik Tan "Biz heyvanlara onların bizə verdiklərindən daha çox virus yayırıq" deyib.

C.Tan buna nümunə kimi isə yeni növ koronavirusun (Covid-19) insanlara ötürüldükdən sonra daha sürətli yayıldığını göstərib.

Alim bu məlumatın əldə olunmasının səbəbini insan əhalisinin çox olması və bütün dünyaya yayılması ilə əlaqələndirib və komanda olaraq bu nəticəni gözləmədiklərini, ancaq "geriyə baxdıqda məntiqli" olduğunu qeyd edib.

C.Tan virusların insanlardan heyvanlara yayılmasının nəsli kəsilməkdə olan bir çox növ üçün təhlükə yaratdığını da vurğulayıb.

Araşdırma "Nature Ecology and Evolution" jurnalında dərc olunub.



Әlaqәli Xәbәrlәr