Amerikanın kosmik raketi dönərkən itdi

Raket orbitə uğurla çatdı, lakin ...

2115906
Amerikanın kosmik raketi dönərkən itdi

 

  Amerikanın kosmik nəqliyyat şirkəti “SpaceX” iki uğursuz cəhddən sonra yenidən 2,4 milyard dollar dəyərində olan “Starship” raketini orbitə çıxarıb.

  Raket orbitə uğurla çatdı, lakin Hind okeanına planlaşdırılan enişdən əvvəl itdi.

  2 uğursuz cəhddən sonra “SpaceX” şirkətinin “Starship” raketi Amerika Birləşmiş Ştatlarının (ABŞ) Texas ştatında şirkətin “Starbase” ərazisindən uğurla buraxılmışdı. İndiyə qədər yaradılmış ən güclü raket orbitdə ən uzaq məsafəsinə çatıb. Lakin hissə-hissə təkrar istifadə olunmaq üçün Hind okeanına enməsi planlaşdırılan raket Yerə enmədən əvvəl itib: “SpaceX” sınaq uçuşunun sonunda atmosferə yenidən daxil olarkən “Starship” raketi ilə əlaqənin kəsildiyi bildirilib.

  “SpaceX” “Starship”in üçüncü sınaq uçuşunun sonunda itdiyini təsdiqləyib.

  Xatırladaq ki, əvvəlki sınaq uçuşlarının birincisində raket buraxılışdan qısa müddət sonra havada partlamış, ikinci uçuşda isə partlamadan əvvəl ayrılma mərhələsinə keçmişdi.



Әlaqәli Xәbәrlәr